Icma.az
close
up
RU
İspaniyada dəhşət evi : Üç uşağı 4 il COVID karantinində saxlayıblar

İspaniyada dəhşət evi : Üç uşağı 4 il COVID karantinində saxlayıblar

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın Ovyedo şəhərində polis amerikalı ana və alman ata tərəfindən 4 ildir evdə qapalı qalan 3 uşağı xilas edib. 8 yaşlı əkizlər və onların 10 yaşlı bacısı 2021-ci ildən bəri ilk dəfə günəş işığı görüblər.

Bizimyol.info xəbər verir ki, İspaniya mediası, valideynlərin uşaqları "COVİD-dən qorumaq üçün" evdə kilidlədiyini bildirib.

İspaniya polisi xilasetmə əməliyyatı zamanı uşaqların son dərəcə qorxaq olduqlarını bildirib. Bir polis rəsmisi: "Onları bağçaya çıxaran zaman ilbizi görəndə qışqırdılar", - deyə qeyd edib.

Evə baxış zamanı uşaq çarpayılarının üzərində canavarların şəkilləri aşkar edilib və ətrafa dərmanlar səpələnib. Məlum olub ki, uşaqlar ibtidai məktəb yaşında olsalar da, hələ də uşaq bezlərindən istifadə etməli olublar və qəfəsə bənzər çarpayılarda yatırlar.

“El Pais” qəzetinin məlumatına görə, sağlamlıq müayinəsindən keçən uşaqlarda şiddətli qəbizlik olduğu açıqlanıb. Səlahiyyətlilər hətta uşaqların tualetdən istifadəsinin müəyyən saatlarla məhdudlaşdırıldığını açıqlayıb.

“Dail Mail”in məlumatına görə, 53 yaşlı alman ata Kristian Şteffen və 48 yaşlı amerikalı ana Melissa Ann Steffen "COVID-19" qorxusundan özlərini və uşaqlarını evdə qapayıblar. Evdən 6 ədəd hava təmizləyici qurğu aşkar edilib.

Polis qeydlərinə görə, ailə 2021-ci ildə uşaqlarının məktəbə getməsinə mane olduğu üçün xəbərdarlıq aldıqdan sonra Ovyedoya köçüb. “El Pais” bildirdi ki, valideynlər qara bazarda uşaqlara DEHB dərmanları verirdilər.

Ovyedo polisi yerli sakinlərdən birinin "Mən onlarla uşaq görmədim, amma evdən uşaq səsləri eşitdim" xəbərindən sonra tədbir görüb və aprelin 14-də evi nəzarətə götürüb. Polis qeyd edib ki, onlar pərdələrin daim bağlı olduğunu və evə külli miqdarda ərzaq sifariş edildiyini müşahidə ediblər.

Oviedo Yerli Polis rəisi Fransisko Xavyer Lozano çərşənbə günü keçirdiyi mətbuat konfransında əməliyyatın təfərrüatlarını paylaşıb. Lozano, valideynlərin bazar ertəsi saat 14:45-də baş verən müdaxilə zamanı saxlanıldığını bildirib.

Açıqlamaya görə, evdə əməliyyat keçirən qruplar bütün İspaniyada yaşanan elektrik kəsilməsi səbəbindən evin ilk müayinəsini apararkən çətinlik çəkib. Kəsinti səbəbiylə qaranlıqda qalan qruplar bu şəraitdə işlərini davam etdirmək məcburiyyətində qalıb.

Lozano bildirib ki, məmurlar qapını döyəndə ata Kristian qapını açıb, lakin qrupların içəri girməsinə icazə verməyib, uşaqların hazırlaşması üçün vaxt istəyib. Polis rəsmisi İspaniya mətbuatına deyib: "Uşaqlar son dərəcə qorxaraq analarına yapışıblar".

Ana, polis qruplarını uşaqlara yaxınlaşmamaları üçün xəbərdarlıq edib. "Üç qat maska ​​taxan uşaqların real dünya ilə əlaqəsi tamamilə kəsilib", - deyə rəsmi bildirib.

Əməliyyat zamanı heç kimin zərər görmədiyini vurğulayan Lozano: "Üç uşağın həyatını geri verdik", - deyib. Açıqlamada uşaqların sosial xidmətin himayəsi altına alındığı bildirilib.

Valideynlər uşaqlara qarşı zorakılıq və fundamental hüquqların pozulması ittihamı ilə həbs ediliblər. Məhkəmə onların girov hüququ olmadan həbslərinin davam etdirilməsinə qərar verib.

İttihamlar təsdiqlənərsə, hər iki valideyni 7 ilə qədər həbs gözləyir. Polis rəsmiləri uşaqların sağlamlıq vəziyyətlərinin mütəmadi olaraq izləniləcəyini açıqlayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri