“Üç kiloqramlıq xoşbəxtlik” filmi İspaniyada 4 mükafat qazanıb
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) istehsalına dəstək verdiyi “Üç kiloqramlıq xoşbəxtlik” filmi İspaniyada 4 mükafat qazanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Bolqarıstanın birgə istehsalı olan “Üç kiloqramlıq xoşbəxtlik” tammetrajlı bədii filmi İspaniyada keçirilən 38-ci Jirona Beynəlxalq Film Festivalında “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” nominasiyaları üzrə qalib olub.
Festivalın müsabiqə proqramına 28 ölkədən tammetrajlı bədii, sənədli, qısametrajlı və animasiya janrlarında filmlər daxil edilib.
Quruluşçu rejissoru Zornitsa Sofiya olan ekran əsəri Bolqarıstanın Milli Kino Agentliyi, “Queen Mountains”, Azərbaycanın “Cinemedia” MMC və Türkiyənin “Protim” şirkətlərinin birgə istehsalıdır. Filmin prodüserləri Zornitsa Sofiya, Fehruz Şamıyev, Ayşad Səfərəliyev və Mehmet Bahadır Erdir.
Film 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsinin qalibi olaraq maliyyə dəstəyi alıb. Daha əvvəl Bolqarıstanda keçirilən “Qızıl lalə” Bədii Filmlər Festivalında “Ən yaxşı ssenari” mükafatına layiq görülən filmin Azərbaycan premyerasının 2027-ci ildə Bakı Beynəlxalq Film Festivalı çərçivəsində keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 27 Noyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















