İspaniyada fəlakət: Meşə yanğınları Madrid ətrafındakı yaşayış məntəqələrinə çatır
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyada güclü meşə yanğınları Madrid əyalətinə daxil olan Tres-Kantos şəhərinə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "El Pais" nəşri məlumat verib.
"Tres-Kantos şəhəri cəhənnəm günü yaşadı: yanğınlar səbəbindən şəhərin mərkəzinə bitişik iki yaşayış məntəqəsini təxliyə etmək zərurəti yarandı", - deyə materialda bildirilib.
Qeyd olunub ki, qısa müddət ərzində qızmar hava və güclü külək yanğının Soto-de-Vinuelas və Fuente-del-Fresno şəhərlərinin yaşayış məntəqələrinə yayılmasına səbəb olub. Sürət o qədər yüksək və külək o qədər dəyişkən olub ki, alov bir neçə dəqiqə ərzində "La Hipica" adlı restoranı və ona bitişik olan atçılıq idman kompleksini, həmçinin ikidilli nüfuzlu özəl internat məktəbini məhv edib.
Hazırda bir nəfərin yaralandığı təsdiqlənib və onun 98% yanıq xəsarətləri ilə La-Pasadakı xəstəxanaya çatdırıldığı bildirilib.
İspaniyada fəlakət: Meşə yanğınları Madrid ətrafındakı yaşayış məntəqələrinə çatır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 12 Avqust 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















