İspaniyada miqrant böhranı böyüyür
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bununla bağlı bəyanat həmkarlar ittifaqının "X" sosial şəbəkəsindəki hesabında dərc olunub.
Təşkilatdan bildirilib ki, immiqrasiya üzrə ixtisaslaşmış bölmələr gözlənilən hadisə barədə rəhbərliyi əvvəlcədən xəbərdar etsələr də Daxili İşlər Nazirliyi təhlükəsizliyin gücləndirilməsi istiqamətində heç bir addım atmayıb.
"Əvvəlcədən verilən xəbərdarlıqlara baxmayaraq, polis əməkdaşları və minlərlə vətəndaş təhlükə ilə üz-üzə qalıb", - deyə sənəddə vurğulanır. Həmçinin mediada milli polis rəhbərinin Mərakeş xüsusi xidmət orqanları ilə sıx əlaqələri barədə yayılan məlumatlar fonunda qurum rəhbərliyinə etimadsızlıq ifadə olunub.
"Siyasətçilər məsuliyyəti öz üzərinə götürməli və xəbərdarlıqlara rəğmən niyə polis əməkdaşlarının və Seuta əhalisinin qorunması üçün lazımi tədbirləri görmədiklərini izah etməlidirlər", - deyə həmkarlar ittifaqının bəyanatında qeyd edilib.
DİN rəhbərinin istefasını İspaniyanın əsas müxalifət qüvvəsi olan Xalq Partiyası da tələb edib.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 03 Sentyabr 2026 05:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















