Icma.az
close
up
RU
İspaniyada qara pişik qadağası Qaranlıq ritual təhdidi

İspaniyada qara pişik qadağası Qaranlıq ritual təhdidi

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın şimal-şərqində, Kataloniya bölgəsində yerləşən Terrassa qəsəbəsində yerli hakimiyyət Hellouin bayramı dövründə mümkün "qara sehr mərasimlərinin” qarşısını almaq məqsədilə qara pişiklərin sahiblənilməsini müvəqqəti olaraq qadağan edib.

Qaynarinfo xəbər verir ki, yerli heyvan rifahı xidməti 6 oktyabr-10 noyabr tarixləri arasında qara pişiklərin sahiblənilməsi və müvəqqəti baxım üçün müraciətlərin qəbul edilməyəcəyini açıqlayıb. Qərarın məqsədi bu heyvanların zərər görməsinin və ya sadəcə "aksesuar” kimi istifadə edilməsinin qarşısını almaqdır.

Terrassa bələdiyyə sədrinin müavini Noel Duqe RTVE telekanalına açıqlamasında, hər il Hellouin bayramı dövründə qara pişiklərə marağın artdığını bildirib:

"İnsanların dəb xatirinə və ya ani istəklə pişik sahiblənməsini istəmirik. Həmçinin bəzi bölgələrdə müşahidə edilən qaranlıq mərasimlərin qarşısını almağa çalışırıq".

Qərb mədəniyyətində qara pişiklər uzun müddət bədbəxtlik və sehrlə əlaqələndirilsə də, Yaponiya və Misir kimi bəzi ölkələrdə onlar bərəkət və uğurun simvolu sayılır.

Terrassa bələdiyyə şurası şəhərdə indiyə qədər qara pişiklərə qarşı zorakılıq hadisəsi qeydə alınmadığını, lakin digər bölgələrdə baş verən oxşar hallardan sonra heyvan haqları təşkilatlarının xəbərdarlığı ilə ehtiyat tədbiri kimi bu qərarın qəbul edildiyini bildirib.

Təxminən 9 min 800 pişiyin yaşadığı qəsəbənin sığınacağında hazırda 100-ə yaxın pişik olduğu, onlardan 12-nin qara rəngdə olduğu açıqlanıb.

Bələdiyyə qadağanın müvəqqəti və istisna olduğunu, məqsədin heyvan rifahını qorumaqdan ibarət olduğunu vurğulayıb. Eyni zamanda, gələcəkdə zərurət yaranarsa bu tədbirin yenidən tətbiq edilə biləcəyi qeyd edilib.

Qadağa müddətində xüsusi hallar fərdi şəkildə dəyərləndiriləcək, adi sahiblənmə prosesi isə Hellouin bayramından sonra bərpa olunacaq.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri