Icma.az
close
up
RU
Qara qutular və qaranlıq əməllər

Qara qutular və qaranlıq əməllər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycana məxsus olan və Rusiya üzərində vurulmuş sərnişin təyyarəsinin "qara qutu"ları oxundu. Qazaxıstanın Nəqliyyat Nazirliyi qəzanın səbəbləri haqqında ilkin hesabatı açıqladı. Bu hesabat əsas versiyanı təsdiq edir. Buna "Azərbaycanın versiyası" desək də, əslində ikinci bir versiya da yoxdur.

Burada Rusiyanın reaksiyası çox mühümdür. Çünki təyyarə Qazaxıstan ərazisində qəzaya uğrasa da, səbəb hava gəmisinin Rusiya hava məkanında vurulmasıdır. Bunu ilkin hesabat da təsdiqləyir. Ancaq Kreml nə təsdiq edir, nə təkzib edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyir ki, bu hesabatı "şərh etmək mümkün deyil". Niyəsini də belə "izah" edib: "Bu, hələ ilkin hesabatdır, hesabatı öyrənmək lazımdır" və sair və ilaxır.

Düzü, bilmirəm, Rusiya daha nəyi "öyrənəcək", nəyi araşdıracaq. Ancaq ilkin araşdırmalar hamıya bir daha öyrətdi ki, Rusiya üzərinə məsuliyyət götürməyi hələ də öyrəmə bilməyib. Əsas suallardan yayınmaq xəttini davam etdirir. Ya cavab tapa bilmir, ya da cavab verə bilmir. Yaxud heç birisini etmək istəmir.

Əslində heç bir cavab verə bilməməyin özü də cavabdır. Bu, onun təsdiqidir ki, Moskva əsl həqiqətdən də gizlənə bilmir, amma məsuliyyətdən yayınmağa da cəhd edir. Əvvəl də yazdığımız kimi, burada əsl paradoks odur ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında üzrxahlıq edib, amma onun Administrasiyasının rəhbərinin müavini - mətbuat katibi Dmitri Peskov deyir ki, həqiqəti şərh eləmək mümkün deyil.

Azərbaycan demir ki, təyyarəni Rusiya qəsdən vurub, deyir: "Rusiya üzərində yerdən vurulub". İndi qəsdən, ya səhvən olduğunu istintaq araşdırır. Ancaq danılmaz faktdır ki, yerdən vurulub. Həm də raketlə. Təyyarənin yerdən vurulması faktı bu hadisəni Ukraynaya məxsus dronların üzərinə atmağı mümkünsüz edir. Əslində təyyarə dənizə düşsəydi,bütün izlər itsəydi, Rusiya, çox güman ki, Ukrayna versiyasını irəli sürəcəkdi. Ancaq hadisələr başqa cür inkişaf etdi.

Rusiya Azərbaycanla bu məsələni hər bir halda yoluna qoymağa məcburdur. "Yoluna qoymaq" deyəndə, Moskvanın axır ki, yola gəlib, həqiqəti olduğu kimi qəbul etməsi, etiraf etməsi və kompensasiya ödəməsi nəzərdə tutulur. Təbii ki, günahkarların cəzalandırılması da öz yerində.

Bəli, ölkə müharibə vəziyyətindədir, idarəçiliyə ordunun, təhlükəsizlik orqanlarının təsiri belə momentlərdə yüksək olur. Ancaq bu, Rusiyadır. Rusiya kimi bir dövlət hansı situasiyada olursa-olsun, öz daxili tarazlığını qoruyub saxlamağa məcburdur. Söhbət təkcə Azərbaycana münasibətdən, təyyarə böhranından getmir. Söhbət ondan gedir ki, bu hadisəni bilərəkdən, ya bilməyərəkdən,fərq etməz, törədənlərin cəza alması Rusiyanın özünə ən az Azərbaycana olduğu qədər lazımdır. Rusların öz məsli var: "Pis nümunə yoluxucudur". Ölkə müharibə vəziyyətindədir deyə, hərbçilərə, bu qəbildən olan başqa hərbi və mülki idarəçilərə yersiz, ifrat güzəştlər cəzasızlıq mühitini formalaşdırır. Deməli, təqsirkarlara adekvat cəza verilməsə, bu, Rusiyanın özünə qarşı çevriləcək və çox ağır nəticələr döğuracaq. Kriminalın omsuz da tüğyan etdiyi böyük bir ölkəyə nəzarət daha da çətinləşəcək. Üstəlik bu hadisəyə adekvat qiymət verməsə, Rusiyanın xarici siyasət resursları da zərər görəcək. Çünki diplomatiyanın ən əsas resurslarından biri etibardır. Onun zədələnməsi və ya daha pisi, itirilməsi Moskva üçün yeni xoşagəlməz situasiyalar, problemlər yaradacaq. Rusiyanın azsaylı müttəfiqləri də baxıb deyəcək: "Azərbaycan kimi etibarlı tərəfdaşına qarşı bunları edən başqalarına nələr etməz!" Odur ki,Azərbaycan əslində tək öz haqqını tələb etmir, eyni zamanda Rusiyanı elə Rusiyanın özündən müdafiə etmiş olur.

Görəsən, Kremldə belə bir aydın gerçəyi dərk edirlər?! Yoxsa bu da "mümkün deyil"?!

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see418

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see266

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see258

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see256

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see254

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see241

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see238

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see235

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see233

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see228

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see225

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see222

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see217

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see216

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see214

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see212

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see208

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see201

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see199

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri