İspaniyada xarici investorlar üçün “qızıl viza” müraciəti bu tarixdə başa çatır
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
İspaniya 2013-cü ildən qüvvədə olan “qızıl viza”ya bu ilin aprel ayında son qoyacaq.
Banco.az xəbər verir ki, Senat və Məclisdə ötən noyabr ayında qəbul edilən və 3 yanvarda dövlətin rəsmi nəşrində yayımlanan qanuna əsasən "qızıl viza" tətbiqi 3 aprel tarixindən etibarən sona çatır.
Sözügedən viza tətbiqi Avropa İttifaqından (Aİ) kənar ölkələrin vətəndaşlarına İspaniyada sərmayə qoyduqları və ya ev aldıqları təqdirdə yaşayış icazələrinin verilməsini ehtiva edirdi. İqtisadi böhran səbəbilə həmin dövrdə sağçı hökumətin qərarı ilə 2013-cü ildə qüvvəyə minən bu tətbiq çərçivəsində 500 min avrodan yüksək dəyərdə ev alan və ya 1 milyon avrodan çox investisiya edən Aİ-yə daxil olmayan ölkələrin vətəndaşlarına "qızıl viza" verilirdi.
Statistikaya əsasən, İspaniyada indiyə qədər təxminən 15 min 300 xarici investor "qızıl viza"dan yararlanıb.
Bu tətbiqdən faydalananların 96 faizi bunu daşınmaz əmlak alışı ilə həyata keçirib. Faydalanan xarici ölkə vətəndaşlarının siyahısında isə Çin, Rusiya, İran, ABŞ və Venesuela ilk beşlikdə yer alıb.
Ən sərfəli kredit üçün müraciət etBununla yanaşı, ləğv qanununun qüvvəyə minməsindən əvvəl müraciət edənlərin də "qızıl viza"dan yararlana biləcəyi bildirilib.
Mövcud solçu koalisiya hökuməti isə son illərdə İspaniyada baş verən və ispaniyalıların alıcılıq qabiliyyətini azaldan mənzil böhranı səbəbilə "qızıl viza" tətbiqinin sona çatmasını istəyirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 Yanvar 2025 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















