Icma.az
close
up
RU
İspaniyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib

İspaniyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniya Krallığında yaşayan Azərbaycan icması ilə görüşüb.

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü Gülnar Hacıyevanın moderatorluğu ilə keçirilən görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

“Bu gün Azərbaycan dövləti diasporun inkişafına yeni konseptual yanaşma ortaya qoyub və bununla da nümunəvi model yaradıb. Dövlətimizin diaspora yanaşması onun daha da güclənməsinə hesablanıb”. Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniyada yaşayan azərbaycanlılarla keçirilən görüş zamanı deyib. Komitə sədri çıxışında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni mərhələyə yüksəlməsinə, diasporumuzun Azərbaycan dövləti ilə vəhdət halında fəaliyyət  göstərməsinə diqqət çəkib.

Toplantıda Azərbaycanın İspaniyadakı Səfirliyinin konsulu Əfqan Xəlili iştirak edib. 

Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələrlə bağlı videotəqdimat keçirilib.

İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrə koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Barselona Azərbaycan Evinin sədri Kərim Kərimov AKŞ-nin fəaliyyəti haqqında məlumat verib, Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsinin önəmini vurğulayıb.

Daha sonra diasporun inkişafı, strateji təşəbbüslərin dəstəklənməsi, icmalaşma prosesinin gücləndirilməsi və digər mövzularla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

İcma görüşü İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısının keçirilməsi ilə davam edib.

Koordinasiya Şurasının fəaliyyətinə dair hesabat dinlənilib, qazanılan uğurlar və həyata keçirilən layihələr geniş müzakirə olunub.

Görüşdə İspaniyanın müxtəlif şəhər və regionlarında, o cümlədən Barselona, Bilbao, Madrid, Valensiya, Alikante və digər şəhərlərində, həmçinin Portuqaliyada yaşayan soydaşlarımız iştirak edib. İcma görüşünə 120-dən çox soydaşımız qatılıb və onların arasında Diaspor Gənclərinin Yay Düşərgələrinin iştirakçıları da olub.                           

Qarabağ xanı Pənahəli xanın İspaniyada yaşayan varisi, Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin iştirakçısı Məhəmmədəli Əkbərov İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının İspaniya üzrə koordinatoru, Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Milana Seyidzadə isə Portuqaliya üzrə koordinatoru seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri