Icma.az
close
up
RU
Norveçdəki Azərbaycan icması ilə görüş keçirilib

Norveçdəki Azərbaycan icması ilə görüş keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 may, AZƏRTAC

Norveç Krallığının Oslo şəhərində fəaliyyət göstərən Azərbaycan Evində bu ölkədəki Azərbaycan icması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Norveç üzrə koordinatoru, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təsisçisi və Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyev Oslo Azərbaycan Evinin və evin nəzdindəki həftəsonu məktəbinin fəaliyyəti barədə məlumat verib. Həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Arzu Rzayeva məktəbdə tədrisin səviyyəsindən və uşaqların dərslərə marağından danışıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev komitənin və onun nəzdindəki Azərbaycan Diasporuna Dəstək Fondunun layihələrindən bəhs edib.

“Prezident İlham Əliyevin tövsiyələri əsasında hər il dünyanın müxtəlif ölkələrində Azərbaycan Evləri və onların nəzdində həftəsonu məktəbləri açılır. Artıq 19 ölkədə 30 Azərbaycan Evi var və həmin evlər təkcə azərbaycanlılar üçün deyil, həm də bizə dost olan diasporlar üçün açıq müzakirə məkanıdır” - öz çıxışında bu fikirləri səsləndirən sədr müavini həmin evlərin və məktəblərin soydaşlarımızın şəbəkələşməsində böyük rola malik olduğunu da vurğulayıb.

Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əskər Nağıyev bildirib ki, Norveçdəki Azərbaycan icması çox fəaldır, ölkəmizlə bağlı həqiqətlərin yerli və beynəlxalq cəmiyyətə çatdırılmasında xüsusi rola malikdir.

Görüş fikir mübadiləsinin aparılması və soydaşlarımızın suallarının cavablandırılması ilə davam edib.

Daha sonra keçirilən seçkidə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Fariz Rzayev Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasına Norveç üzrə koordinator seçilib.

Qeyd edək ki, xaricdəki Azərbaycan Evləri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan Qarabağ məktəbləri, həmçinin 100-dən çox həftəsonu Azərbaycan məktəbi uğurla işləyir və yeni nəsil diaspor üçün mühüm platformaya çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri