Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

İsrail ABŞ Azərbaycan strateji müttəfiqliyi: Əlaqələr daha yüksək səviyyəyə qaldırılır

İsrail ABŞ Azərbaycan strateji müttəfiqliyi: Əlaqələr daha yüksək səviyyəyə qaldırılır

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail-ABŞ-Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu bəyanatı dünən İsrail parlamentində (Knesset) baş nazir Benyamin Netanyahunun adından onun kabinet üzvü və milli missiyalar naziri Orit Ştrak verib.

Məlumata görə, Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub. Parlament müzakirələrinin təşəbbüskarı olan Moşiaşvilinin sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, o, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir. İsrailli deputat Azərbaycanda yəhudi icmasının unikal statusunu da vurğulayaraq, onu nümunəvi, fəal, firavan və xüsusilə birləşmiş və dünyada yeganə müsəlman ölkəsində tam dövlət dəstəyi ilə mövcud olan icma adlandırıb:

“Bu, yeganə müsəlman ölkəsidir ki, İsrail Dövlətinin tanınması təkcə hakim elita ilə məhdudlaşmır, həm də geniş əhali arasında dərin kök salıb”.

Baş nazir Benyamin Netanyahunun adından deputatın çıxışını cavablandıran nazir Orit Ştrak deyib:

“Azərbaycan İsrailin Qafqazda mühüm strateji müttəfiqidir və bizim əlaqələrimiz təhlükəsizlik, ticarət, enerji və texnologiya sahələrində əməkdaşlığı əhatə edir”.

O, İsrail və Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı maraqlara və çoxillik dostluğa əsaslanan unikal tərəfdaşlıq üzərində qurulduğunu izah edib. Nazirin sözlərinə görə, İsrail Azərbaycan və ABŞ ilə əməkdaşlığı gücləndirməkdə davam edəcək və onu pozmağa yönəlmiş istənilən cəhdə qəti şəkildə qarşı çıxacaq. Ştrak onu da qeyd edib ki, ölkələr arasında dialoq qarşılıqlı səfərlərdə, o cümlədən İsrail prezidentinin Azərbaycana səfəri və Azərbaycanın milli təhlükəsizlik müşavirinin İsrailə səfərində özünü göstərir:

“Bu münasibətlər İsrailin regionda müttəfiqlikləri gücləndirməyə və digər müsəlman ölkələri ilə körpülər qurmağa yönəlmiş daha geniş regional siyasətinə uyğundur”.

Öz növbəsində, İsrailin Baş Nazirinin Ofisi bəyan edib ki, ölkə İsrail, Azərbaycan və ABŞ arasında güclü üçtərəfli tərəfdaşlıq qurmaq üçün davamlı danışıqlar aparır. Bu danışıqlar həm də Azərbaycana qarşı tətbiq edilən sanksiyaların ləğvinə aiddir.

Politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a deyib ki, Azərbaycanın hər iki ölkə ilə müəyyən münasibətləri var. Onun sözlərinə görə, ABŞ ilə Azərbaycanın münasibətləri ziqzaqvari xarakter daşıyır:

"1992-ci ildən, o zaman senator olan Co Baydenin təşəbbüsü ilə Azərbaycana qarşı qəbul edilmiş "907-ci düzəliş", eyni zamanda 2021-25-ci illərədək Bayden administrasiyasının Azərbaycana qarşı qərəzli mövqeyi ikili münasibətlərdə problemlər yaratmışdı. Amma nəzərə alaq ki, Azərbaycanla ABŞ arasında 1992-ci illərin əvvəllərində başlayaraq bir çox istiqamətlərdə əməkdaşlıq mövcud olub. Xüsusən, enerji sektorunda və 2000-ci illərin əvvəllərindən Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ ilə əməkdaşlıq edib. BMT və NATO missiyası çərçivəsində Kosova və Əfqanıstanda Amerikalı hərbçiləri ilə birgə fəaliyyət göstərmişik. ABŞ ordusunun 2021-ci ildə Kabili tərk etməsinin ardınca bölgəni ən gec tərk edən və Kabil hava limanını müdafiə Azərbaycan və Türkiyə hərbçiləri oldular. Buna görə ABŞ Azərbaycana təşəkkürünü bildirmişdi. Əfqanıstandakı missiya dönəmində amerikalı hərbçilərin və yük-nəqliyyat vasitələrinin daşınması üçün Azərbaycanın hava məkanından istifadə edilirdi. Ancaq 2021-ci ildən sonra hakimiyyətə gələn Bayden administrasiyası Azərbaycan-ABŞ münasibətlərini xeyli dərəcədə korlayaraq özünün neytrallıq statusunu itirdi".

Oqtay Qasımov: ABŞ ilə Azərbaycanın münasibətləri ziqzaqvari xarakter daşıyır

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan-İsrail münasibətləri də daim yüksələn xətt üzrə inkişaf edib:

"Azərbaycanla İsrailin əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. İsraillə aramızda dövlətlər və cəmiyyətlərarası münasibətlər mövcuddur. Enerji, ticarət, turizm, o cümlədən təhlükəsizlik, müdafiə sənaeyi, hərbi-texniki sahələrdə ciddi əməkdaşlıq imkanları, layihələr gündəmdədir. Tramp administrasiyasının fəaliyyəti onu göstərir ki, İsrail hökuməti ABŞ-nin bir nömrəli müttəfiqi statusundadır. İsrailin Baş naziri Benyamin Netanyahu ilə Donald Tramp arasında olduqca yaxın işgüzar və şəxsi dostluq münasibətləri var. Bu münasibətlər imkan verir ki, İsrail, Azərbaycan və ABŞ əlaqələri daha yüksək səviyyəyə qaldırıla bilsin”.

Müsahibimiz qeyd edib ki, ABŞ-nin hazırkı prioritetləri öz hegemonluğunu və liderliyini qorumaqdır. Bu liderliyin qorunması ənənəvi müttəfiqlərlə yanaşı, yeni müttəfiqlərin də tapılması, onlarla əməkdaşlığın davam etdirilməsini tələb edir:

“Azərbaycan son 5 ildə beynəlxalq nüfuzunu ciddi şəkildə artırıb. Azərbaycan yerləşdiyi coğrafi-strateji mövqeyini uğurla dəyərləndirməklə aparıcı ölkələr sırasına daxil olmağı bacarıb. Orta Dəhlizin əsas komponentləri də Azərbaycan üzərindən keçir. Azərbaycan həm də Türk Dövlətləri Təşkilatının çox önəmli bir oyunçusudur".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Mart 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri