Icma.az
close
up
RU
İsrail Bakıya mühüm məlumatlar ötürür? Hacıyevin səfərində diqqətçəkən məqamlar

İsrail Bakıya mühüm məlumatlar ötürür? Hacıyevin səfərində diqqətçəkən məqamlar

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin son səfərləri diqqət çəkir. Belə ki, o, rəsmi Tehrana səfərindən, aparılan mühüm müzakirələrdən sonra İsrailə gedib. İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə tərəflər Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də regionda baş verən hadisələri müzakirə ediblər.

Bundan öncə, Tehrana səfəri çərçivəsində Hikmət Hacıyev İran Prezidenti Məsud Pezeşkian, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, İran Prezidentinin müşaviri Mehdi Sənayi və bir sıra rəsmilərlə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

Hikmət Hacıyev 2024-cü ilin dekabr ayının əvvəlində də İsrailə səfər etmişdi. İsrailin xarici işlər naziri Gideon Saar ilə regional gündəliyi müzakirə etmişdi. H.Hacıyevi İsrail Prezidenti İsaak Hersoq da qəbul etmişdi.

Prezidentin köməkçisinin belə kritik dövrdə İsrailə son iki ayda ardıcıl səfərlər etməsi, bu ölkənin xarici işlər naziri, prezidenti, baş naziri ilə görüşlər keçirməsi prosesin kifayət qədər ciddiliyindən xəbər verir.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov da diqqəti Hikmət Hacıyevin İsrailə son səfərlərinə yönəldib:

Oqtay Qasımov

“Onun bu səfəri tərəflər arasında münasibətlərin inkişafına ciddi şəkildə təsir göstərəcək. Hikmət Hacıyev son illər bir neçə dəfə İsrailə səfərə gedib. Son iki ayda isə bu, onun ikinci səfəridir. Onun bu səfərləri tərəflərin münasibətlərinin inkişafına ciddi təsir göstərir. Azərbaycan və İsrailin strateji tərəfdaş ölkə olduğunu nəzərə alsaq, vaxtaşırı bu cür görüşlərin keçirilməsi normaldır.
İran və İsrailin münasibətlərinin gərgin olması fonunda bu cür səfərlər diqqətçəkəndir. Ola bilər ki, İsraillə İran arasında gedən proseslərdə Azərbaycan dövləti müəyyən iş aparır. Çünki İrana səfər zamanı Hikmət Hacıyevin İran rəsmiləri ilə mühüm görüşləri olub, onların mövqeləri öyrənilib. Hazırda bu tip məsələlərin İsrail tərəfindən razılaşdırılmasıma ehtiyac qalıb. Ona görə, bu görüş çox əhəmiyyətlidir”.

Globalinfo bildirir ki, bu cür səfərlər Türkiyə-İsrail münasibətlərinin normalaşması prosesi kimi də təqdim edilir. Ankara ilə Təl-Əviv arasında gərginliyin aradan qaldırılmasında rəsmi Bakının barışdırıcı mövqedən çıxış etdiyinə dair bəzi iddialar var. Amma bir başqa iddia da ondan ibarətdir ki, İsrailə rəsmi səfərlər daha çox Azərbaycanın öz çıxarları ilə bağlıdır. Ölkəmizin hazırda üzləşdiyi bəzi regional gərginlik fonunda İsraillə kritik məsləhətləşmələr və bilgi mübadiləsi ehtiyacının yarandığı deyilir. Bu da normadır – Azərbaycanla İsrail arasında siyasi və hərbi əməkdaşlıq çox yüksək səviyyədədir. Bu münasibətlər özünü 44 günlük müharibədə və sonrakı proseslərdə daha aydın göstərmiş oldu…

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri