Icma.az
close
up
RU
Hacıyevin İsrail səfərinin pərdəarxası “Ən mühüm məqam budur ki…”

Hacıyevin İsrail səfərinin pərdəarxası “Ən mühüm məqam budur ki…”

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan-İsrail münasibətləri hər zaman müsbət yöndə inkişaf edib. SSRİ dövründə İsrail digər müttəfiq respublikalara nisbətdə Azərbaycana daha çox rəğbət bəsləyirdi. Bunun da əsas səbəbi ölkəmizdəki yəhudi icmasıdır”. 

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailin xarici işlər naziri Gideon Saar ilə regional gündəliyi müzakirə etməsi haqda deyib.

O bildirib ki, Azərbaycan Təl-Əvivlə əlaqələrə çox önəm verir:

“İsraildə Azərbaycan səfirliyi fəaliyyət göstərir. Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından xüsusi önəm daşıyır. Ölkələr arasında mədəni-siyasi, həmçinin iqtisadi sahədə əlaqələri irəli aparmaq üçün gözəl fürsətlər var. Həm Azərbaycan, həm də İsrail bunda maraqlıdır.

İsrail hazırda Yaxın Şərqdə, həmçinin Suriyada aparıcı rola malikdir. Suriyada bizimlə eyni kökdən gəlmiş, eyni dildə danışan xeyli türkmən yaşayır. Onların hüquqlarının qorunması Azərbaycan üçün vacib məsələdir.

Hələb dahi Azərbaycan şairi İmadəddin Nəsiminin uyuduğu şəhərdir. Bu yerlər Azərbaycan xalqı üçün doğma yerlərdir”.

Politoloq xatırladıb ki, ölkəmiz digər məsələlərdə olduğu kimi Yaxın Şərqdə də Türkiyə ilə müttəfiqlik münasibətindədir:

“Regionun daha bir aparıcı qüvvəsi İsraillə də bu məsələdə müəyyən danışıqlar aparıla bilər. Səfər zamanı bu mövzunun müzakirə edilib-edilmədiyini dəqiq bilmərəm. Ancaq səfərin yüksək səviyyədə keçməsi Azərbaycan və İsrail arasında həm regional, həm də ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyini göstərir. Ən mühüm məqam budur ki, bu əlaqələr üçüncü dövlətə qarşı yönəlməyib”.

Turan Rzayev 

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri