Icma.az
close
up
RU
İsrail danışıqları sabotaj etməyə çalışır Laricani

İsrail danışıqları sabotaj etməyə çalışır Laricani

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İran-ABŞ danışıqları ilə bağlı bildirib ki, "ABŞ danışıqlarda öz maraqlarını İsrailin maraqlarından ayrıca nəzərdən keçirə bilər".

Sitat.info xəbər verir ki, Laricani bu sözləri "Əl-Cəzirə"yə eksklüziv müsahibəsində deyib.

Danışıqlar prosesinin davam etdiyini və region ölkələrinin də uğur qazanması üçün səy göstərdiyini xatırladan Laricani, Tehranın fikirlərini ABŞ-a çatdırmaq üçün Omanın xarici işlər naziri Bədr bin Həmid əl-Busaidiyə göndərdiyi məktuba münasibət bildirərək deyib: "Hələ ki, ABŞ-dan rəsmi cavab almamışıq. ABŞ danışıqlarda öz maraqlarını İsrailin maraqlarından ayrıca nəzərdən keçirə bilər".

Laricani ölkəsinin danışıqlarda əməkdaşlığa açıq olduğunu bildirib: "Trampın tez-tez qeyd etdiyi məqsəd İranın nüvə silahına sahib olmamasıdır. Bu, İranın etiraz etmədiyi ortaq bir məqamdır. Əvvəlki dövrlərdə də danışıqların tərəfdarı idik, indi də həmçinin".

Danışıqlar prosesinin uzadılmamalı olduğunu vurğulayan Laricani xəbərdarlıq edib: "Raket məsələsi danışıqlara daxil edilməyəcək, çünki bu, İranın milli təhlükəsizliyi ilə bağlıdır. Nüvə məsələsindən başqa hər hansı bir məsələ prosesi pozacaq. Biz müharibə axtarmırıq, amma hazırıq. Düşünmürəm ki, qarşı tərəf (ABŞ) əvvəlki təcrübələrini nəzərə alsaq, yeni müharibə axtarır, amma əgər bizə qarşı güc tətbiq etsələr, nəticələrlə üzləşəcəklər. Biz müharibə axtarmırıq, amma hazırıq. Biz ABŞ ilə danışıqlar aparırıq. İsrail müdaxilə edərək danışıqları sabotaj etməyə çalışır. Bu gün ən böyük düşmənimiz İsraildir".

Zənginləşdirilmiş uran məsələsinə gəldikdə isə, Laricani bu sözləri deyib: "Texnoloji cəhətdən inkişaf etmiş bir ölkəyə sıfır zənginləşdirmə deyə bilməzsiniz. Məsələn, səhiyyə tədqiqatları üçün 20% zənginləşdirilmiş uran lazımdır".

O, İsrailin bölgədə  müharibə üçün bəhanə yaratmağa çalışdığını iddia edib: "Region ölkələrinin rəsmiləri İsrailin bölgəni qeyri-sabitləşdirməyi planlaşdırdığını bilirlər. İran İsrailə qarşı regional sabitliyi təmin etmək üçün Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır".

İran və İsrail arasında 12 günlük münaqişəyə gəlincə, Laricani deyib ki, İran daxilindəki İsrail casusları təbliğatda təsvir edildiyi qədər güclü deyil:  "Əlbəttə ki, bəzi qüsurlar oldu, amma biz casus şəbəkələrinə ciddi zərbə vurduq və təhlükəsizlik tədbirləri artırıldı. İsrailin hücumu ölkəmizdə böyük birliyə səbəb oldu və bu, mühüm bir nailiyyətdir".

Aytac,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Fevral 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri