Icma.az
close
up
RU
İsrail hərbçiləri İrana məxfi məlumatlar sızdırıblar?

İsrail hərbçiləri İrana məxfi məlumatlar sızdırıblar?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsraildə polis və Təhlükəsizlik Xidməti (ŞABAK) tərəfindən ölkə vətəndaşları, ordunun ehtiyatda olan iki hərbçisi saxlanılıb. Onlar İran casuslarının göstərişlərini yerinə yetirməkdə şübhəli bilinirlər. Oxu.Az-ın xəbərinə görə, bu barədə ŞABAK-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həbs edilən şəxslərdən biri hava hücumundan müdafiə bölməsində xidmət edərkən aldığı məxfi məlumatları öz kuratoruna ötürüb.

Qeyd edək ki, bu ilin yanvarında Krayot vilayətinin iki sakini - Yuri Eliasov və Georqi Andreyev saxlanılıblar və onlar dövlət təhlükəsizliyini pozmaqda şübhəli bilinirlər. Araşdırma zamanı məlum olub ki, Yuri bir neçə ay ərzində İran casusu ilə əlaqə saxlayıb və pul mükafatı müqabilində onun göstərişlərini yerinə yetirib. Onun hərəkətləri arasında ölkənin müxtəlif yerlərində "Ruhullahın uşaqları" mətni ilə qraffitilər çəkmək də olub.

Həmçinin müəyyən edilib ki, iranlı kuratorla ünsiyyət zamanı Eliasov dostu Andreyevə bu agentlə əməkdaşlığa qoşulmağı və bunun İsrailin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlə bağlı olduğunu başa düşdüyü halda, pul müqabilində tapşırıqları yerinə yetirməyi təklif edib.

Georqi Yurinin təklifini qəbul edib və iranlı kuratorla əlaqə saxlamağa başlayıb. Onun göstərişi ilə qraffiti çəkməklə məşğul olub, həmçinin Yuriyə plakat asmaq tapşırığını yerinə yetirməkdə kömək edib.

Eyni zamanda məlum olub ki, Yuri və Georqi iranlı kuratorla əlaqə saxladıqlarının fərqində olublar.

İstintaq müəyyən edib ki, Yuri "Dəmir qübbə" bölməsində xidmət edərkən çəkilmiş və sistemin işini əks etdirən videogörüntüləri İran tərəfinə verib.

Videoçəkilişdə o, sistemin daxili proseslərini, texniki xüsusiyyətlərini, potensial zəifliklərini və digər məxfi məlumatları açıqlayıb.

Tapşırıqları yerinə yetirdiyinə görə Yuri 3500 dollar məbləğində mükafat alıb, Georqi isə daha kiçik bir məbləğ qazanıb, çünki onun rolu qraffiti çəkmək və plakatlar asmaqdan ibarət olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see282

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see265

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see264

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see263

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see260

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see260

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see260

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see238

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see237

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see235

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see232

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see229

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see225

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see218

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see218

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see214

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see212

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see205

Şəkidə çaqqal 4 nəfərə hücum etdi Açıqlama

11 Sentyabr 2026 14:46see192

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri