Icma.az
close
up
RU
İsrail İordan çayının qərbində 11 yeni yaşayış məntəqəsi yaradıldığını elan edib

İsrail İordan çayının qərbində 11 yeni yaşayış məntəqəsi yaradıldığını elan edib

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail hökuməti İordan çayının qərb sahilində 11 yeni yaşayış məntəqəsinin yaradıldığını, həmçinin əvvəllər qeyri-qanuni sayılan səkkiz forpost və məskunlaşma məhəlləsinin rəsmən yaşayış məntəqəsi kimi tanındığını açıqlayıb.
APA xəbər verir ki, qərar İsrail müdafiə naziri İsrael Kats və maliyyə naziri Betsalel Smotriçin təklif etdiyi qətnamə əsasında hazırlanaraq dekabrın 12-də Təhlükəsizlik Kabineti tərəfindən təsdiqlənsə də, bu barədə rəsmi məlumat bu gün açıqlanıb.
Betsalel Smotriç bu addımın Fələstin dövlətinin yaradılmasının qarşısını almağa yönəldiyini deyib. Onun sözlərinə görə, hökumət bu qərarla ərazidə İsrail mövcudluğunu gücləndirməyi hədəfləyir.
Rəsmi status alan yaşayış məntəqələri Kida, Eş-Kodeş, Givat-Harel, Mişol, Koxav Haşaxar-Şimal, Nof-Gilad, Ganim, Kadim, Şalem, Har-Bezek, Reyhanit, Roş-ha-Ayin-Şərq, Tammum, Pney-Kedem, Yatsiv, Yaar-el-Keren, Allenbi, İtav-Qərb və Nahal Dorondur. Bu məntəqələrdən ikisi – Ganim və Kadim – 2005-ci ildə İsrailin Qəzza zolağından və Qərb Sahilinin şimalındakı bəzi ərazilərdən birtərəfli çıxışı çərçivəsində boşaldılmışdı.
Qeyd olunur ki, 2023-cü ilin martında İsrail hökuməti həmin yaşayış məntəqələrinin boşaldılmasına səbəb olan qanunvericilik müddəalarını ləğv edib və bu da onların yenidən yaradılmasına hüquqi zəmin yaradıb. Bu ilin may ayında isə Homesh və Sa-Nur yaşayış məntəqələri rəsmi şəkildə bərpa olunub.
Betsalel Smotriç deyib ki, İsrail bu siyasəti davam etdirərək İudeya və Samariya adlandırılan ərazilərdə tikinti və məskunlaşmanı genişləndirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see251

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see189

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see154

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see151

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see151

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see143

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see143

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see143

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see141

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri