Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Osmandan İsrail açıqlaması: “Qəzza və İordan çayının...”

Osmandan İsrail açıqlaması: “Qəzza və İordan çayının...”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Somalinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Abukar Dahir Osman İsrailin “Somaliland”ı tanımaq ideyasının “dağıdıcı məqsəd” daşıdığını və bu təşəbbüsün dünyanın diqqətini Qəzza və İordan çayının qərb sahilində baş verən vəhşiliklərdən yayındırmağa yönəldiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Abukar Dahir Osman BMT Təhlükəsizlik Şurasının dövriyyəli sədrliyinin Somaliyə keçməsi münasibətilə aylıq proqramı açıqlamaq üçün mətbuat konfransı keçirib.

54 ildən sonra BMT Təhlükəsizlik Şurasına sədrlik etməyin onlar üçün böyük şərəf olduğunu bildirən Abukar Dahir Osman, bu dövrdə yüksək diplomatik standartlara və çoxtərəfli əməkdaşlıq prinsiplərinə sadiq qalacaqlarını vurğulayıb.

O, BMT Təhlükəsizlik Şurasının gündəliyində Yaxın Şərq və Suriyanın kimyəvi silahları, BMT-nin Kipr Sülhməramlı Qüvvələri (UNFICYP), Sudan və Haiti ilə bağlı məlumatlandırma və məsləhətləşmə iclaslarının keçiriləcəyini qeyd edib.

Abukar Dahir Osman 26 yanvarda “Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında hüququn aliliyinin təşviqi və gücləndirilməsi” mövzusunda açıq debatın sədrliyə başladıqları dövrün ən mühüm tədbiri olacağını və bu tədbirdə Somali Prezidenti Həsən Şeyx Mahmudun iştirak edəcəyini bildirib.

O, ayın son həftəsində BMT Təhlükəsizlik Şurasında işğal altındakı Fələstin torpaqları, Yəmən, Suriya və Livandakı vəziyyət və son hadisələrin də müzakirə olunacağını qeyd edib.

Proqramın təqdimatından sonra jurnalistlərin suallarını cavablandıran Abukar Dahir Osman, xüsusilə İsrailin Somalilandı tanıması və bu addıma Somalinin reaksiyası ilə bağlı suallarla qarşılaşıb.

İsrailin Somali hökumətini ölkənin şimal-qərbində “soyqırımı” törətməkdə ittiham etməsini “şokedici” adlandıran Abukar Dahir Osman bunları deyib: 

“Bunun, İsrailin işğal etdiyi Fələstin torpaqlarında günahsız insanların öldürülməsi, məcburi köçürülməsi və mülki əhalinin qəsdən aclığa məruz qoyulması faktlarından diqqəti yayındırmaq məqsədi daşıdığına inanırıq”.

Somali tarixində baş verən qarşıdurmaların heç bir halda “soyqırımı” kimi xarakterizə edilə bilməyəcəyini vurğulayan Abukar Dahir Osman, İsrailin Qəzzadan 1,5 milyon fələstinlinin Somalilandə köçürülməsi planını əsla qəbul etməyəcəklərini bildirib.

O, İsrailin “Somaliland”la bağlı təşəbbüsünün əsas məqsədinin Qəzzədəki fələstinliləri məhv etmək və eyni zamanda dünyanın diqqətini Qəzza və İordan çayının qərb sahilində baş verən vəhşiliklərdən yayındırmaq olduğunu vurğulayıb.

O bildirib ki, BMT Təhlükəsizlik Şurasının Kipr məsələsi ilə bağlı fəaliyyəti bu ay BMT Baş katibliyinin hazırlayacağı hesabat əsasında davam etdiriləcək.

O, hər zaman BMT çərçivəsində dialoqa, təmkinli və sülhsevər yanaşmaya, danışıqlar yolu ilə həllə üstünlük verdiklərini qeyd edib.

Yəməndəki son hadisələrdən narahat olduqlarını bildirən Abukar Dahir Osman, bu məsələdə dialoqun davam etdiyini və İranda başlayan etirazları da yaxından izlədiklərini əlavə edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri