Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

İsrail İran gərginliyi yenidən PİK HƏDDƏ: Tramp müharibəyə “yaşıl işıq” yandıracaq?

İsrail İran gərginliyi yenidən PİK HƏDDƏ: Tramp müharibəyə “yaşıl işıq” yandıracaq?

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Dekabrın 28-i İsrailin baş naziri Benyamin Netanyahu  ABŞ-yə səfər edəcək. Səfərin əsas məqsədi ABŞ prezidenti Donald Trampla görüşdür. Xarici medianın məlumatlna görə, görüşdə Yaxın Şərq üçün həlledici məsələlər - İran təhlükəsi, Suriya və Livandakı vəziyyət, HƏMAS-ın tərksilahı və Qəzza bölgəsində müharibədən sonrakı mərhələyə keçid müzakirə ediləcək. Netanyahunun səfəri çərçivəsində İranla bağlı hansı qərarı veriləcək? Tramp Netanyahunun mümkün hücum təklifini dəstəkləyə bilərmi? Əgər bu baş verərsə, ABŞ bu məsələdə birbaşa hücum, yoxsa dolayı dəstək yolunu seçə bilər?

Moderator.az-a açıqlama verən politoloq Azər  Hüseynov deyib ki, Yaxın Şərqdə ABŞ və İsrailin maraqları əsas xətt üzrə üst-üstə düşür:

“İsrailin bir dövlət olaraq bölgədə mövcudluğu ABŞ-a Yaxın Şərqdə hərbi-strateji varlığını davam etdirmək imkanı verir. Eyni zamanda ABŞ-ın İsrailə verdiyi siyasi, diplomatik, hərbi və maliyyə dəstəyi İsrailin bölgədə təhlükəsizlik və mövcudluq strategiyasının əsas dayaqlarından biridir. Bu münasibət qarşılıqlı asılılıq üzərində qurulub.

Bununla belə, müharibələrin gedişatı, müddəti, istifadə edilən silah növləri, yerüstü əməliyyatların aparılıb-aparılmaması və münaqişənin hansı mərhələdə dayandırılması kimi detallarda ABŞ və İsrail arasında fikir ayrılıqları yarana bilir. Bu fərqlər strateji ittifaqı pozmur, lakin taktiki səviyyədə ciddi müzakirə mövzusu olur.

Son dövrdə baş verən və təxminən on iki gün davam edən qarşıdurma zamanı ABŞ-ın İran ərazisinə endirdiyi hərbi zərbələr və bu zərbələrin İranın nüvə infrastrukturu ilə bağlı olduğu barədə açıqlamalar diqqət çəkdi. İran tərəfi isə bu məsələyə kifayət qədər səssiz və ölçülü reaksiya verdi; nə obyektlərin tamamilə dağıdıldığını təsdiqlədi, nə də bunu açıq şəkildə təkzib etdi. Bu susqunluq Tehranın vəziyyəti daha da eskalasiya etdirməmək niyyətindən xəbər verirdi.

Həmin on iki günlük qarşıdurma dövründə İsrail və İran qarşılıqlı şəkildə ciddi zərbələr endirdi. Zərbələrin intensivliyi müəyyən mərhələdə elə bir həddə çatdı ki, ABŞ-ın prosesə birbaşa müdaxiləsi qaçılmaz oldu. Bundan sonra tərəflər daha çox öz daxili imkanlarını bərpa etməyə, hərbi və təhlükəsizlik sistemlərində yaranmış boşluqları doldurmağa fokuslandılar. İran xüsusilə hərbi-sənaye kompleksinin yenidən qurulması və zəif nöqtələrin möhkəmləndirilməsi istiqamətində hərəkət etdiyini nümayiş etdirdi”.

Politoloq qeyd edib ki, məhz bu mərhələ İsraildə ciddi narahatlıq doğurur:

 “İsrail İranın bu cür “sakit bərpa” və hazırlıq prosesini potensial təhlükə kimi görür və hər ehtimala qarşı özünü sığortalamaq istəyir:

İsrail anlayır ki, İran ABŞ-a birbaşa zərbə endirmək imkanına malik deyil, lakin İsrail İran üçün daha əlçatan hədəfdir. Bu səbəbdən Tel-Əviv Vaşinqtonu İrana qarşı daha sərt mövqe tutmağa və hətta mümkün hərbi müdaxiləyə təşviq etməyə çalışır.

Lakin burada ABŞ-ın mövqeyi daha praqmatikdir. Donald Tramp iqtisadi imperativlər üzərində düşünən, müharibədən çox iqtisadi qazancı və sistemli üstünlükləri önə çıxaran bir liderdir. Onun əsas hədəfi istər Yaxın Şərqdə, istər Qafqazda, istərsə də Ukrayna istiqamətində ABŞ üçün uzunmüddətli maliyyə və siyasi dividendlər gətirəcək modellər qurmaqdır. Bu baxımdan yeni, genişmiqyaslı və davamlı bir müharibənin başlanması ehtimalı yüksək görünmür.

Proseslərin daha çox lokal səviyyədə, məhdud hərbi əməliyyatlar və seçici zərbələr formasında davam etməsi ehtimalı daha realdır. ABŞ maksimum halda yenə də İsrailin yanında dayanaraq aviazərbələr, hava hücumundan müdafiə sistemləri və kəşfiyyat dəstəyi ilə prosesdə iştirak edə bilər. Ancaq Vaşinqtonun İrana qarşı uzunmüddətli, birbaşa və genişmiqyaslı müharibəyə girməsi hazırkı mərhələdə real ssenari kimi görünmür”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri