İsrail İran hərbi rəhbərlərinin bir yerə toplaşması üçün fənd işlədib
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail aldadıcı fənddən istifadə edərək İranın hərbi komandanlığını bir yerə yığmağa məcbur edib və onları bir zərbə ilə öldürüb.
AzPost bildirir ki, bu barədə İsrail təhlükəsizlik xidmətinin əməkdaşına istinadən Fox News məlumat yayıb.
Mənbənin sözlərinə görə, İsrail qüvvələri bütün komandirləri yeraltı komandanlıq mərkəzinə toplamaq üçün xüsusi tədbirlər həyata keçirib: “Biz onlar haqqında daha çox məlumat əldə etmək üçün konkret tədbir həyata keçirdik, daha sonra bu məlumatdan onların davranışlarına təsir etmək üçün istifadə etdik. Biz bu tədbirin onların görüşünə səbəb olacağını bilirdik. Amma daha da vacibi odur ki, onları orada necə saxlamağı bilirdik”.
Mənbə bildirib ki, zərbələr İsrailin gözlədiyindən daha uğurlu olub.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 13 İyun 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















