Icma.az
close
up
RU
İsrail İran müharibəsi ölkəmizdə turizm sahəsinə necə təsir göstərib? AÇIQLAMA

İsrail İran müharibəsi ölkəmizdə turizm sahəsinə necə təsir göstərib? AÇIQLAMA

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Dünya tarixə həkk olunacaq müharibələrə şahidlik edir. XXI əsrin birinci rübü demək olar ki, münaqişə və müharibələrlə əhatə olunub.  İyunun 13-də İsrail dövləti İran İslam Respublikasına qarşı  “Am Kelavi” (“Aslan kimi millət”) kod adlı hərbi əməliyyata başlayıb. Yaxın Şərqdə müharibə alovu günü-gündən artır. Dünya siyasəti ilə yanaşı, iqtisadiyyatı, turizmi və  digər sahələri çətinliklərlə üzləşib.

Hər iki ölkədə səfərdə olan müxtəlif millətlərdən olan turistlər hava məkanının bağlı olması səbəbindən vətənlərinə qayıda bilmir. Bu da birbaşa turizm sahəsinin inkişafına mənfi təsir göstərir. 

Turizm üzrə ekspert Məcid Məcidov "Unikal"a açıqlamasında bildirib ki,  dünyada baş verən proseslər turizm sahəsinə mənfi təsir göstərib: 

"İsrail və İran arasında gərginləşən münasibətlər, regionda müharibə ehtimalını artıraraq turizm sahəsinə ciddi mənfi təsirlər göstərib. Xüsusilə təhlükəsizlik narahatlıqları səbəbilə bir çox ölkə öz vətəndaşlarına İsrail və ətraf bölgələrə səyahət etməməyi tövsiyə etmişdir. Bu isə turizm axınının azalmasına, otellərdə və turizm xidmətlərində geriləməyə səbəb olub.

Eyni zamanda, davam edən hərbi toqquşmalar və hava hücumları nəticəsində hava məkanının bağlanması və ya məhdudlaşdırılması, həm yerli, həm də xarici turistlərin bölgəni tərk etməsini çətinləşdirib. Bir çox turist planlaşdırdıqları səfərləri ya təxirə salır, ya da ləğv edir. Müharibə təhlükəsi altında olmaq hissi insanların səyahət etmək istəyini azaldır və bu, turizm sənayesində iqtisadi tənəzzülə səbəb olur". 

Ekspert onu da əlavə edib ki,  sözügedən ölkələr əsasən,  İsrail, İran, Oman, İraq, BƏƏ, Yəmən, Pakistan, Hindistan və Küveytdən olan turistlərdir. 

"İsrail və İran arasında baş verən silahlı Cənubi Qafqaz ölkələrinə, xüsusilə Azərbaycana turist axınına da mənfi təsir göstərib.  Beynəlxalq səyahətçilər bu regiona yaxın ölkələrdəki müharibə və qeyri-sabitlik səbəbindən səfərlərini təxirə salır və ya başqa, daha təhlükəsiz hesab etdikləri istiqamətlərə yönəlirlər. Üstəlik, bəzi aviaşirkətlər Yaxın Şərq və yaxın coğrafiyaya uçuşları məhdudlaşdırdığından, Azərbaycana birbaşa və ya rahat səyahət imkanları da azalır.

Turistlər üçün əsas prioritetlərdən biri təhlükəsizlikdir. İsrail-İran gərginliyinin Azərbaycanla coğrafi yaxınlığı, həmçinin regionun geosiyasi həssaslığı, ölkəyə gələn turist sayında nəzərəçarpacaq azalmaya səbəb olmuşdur. Bu, yerli turizm sektoruna, xüsusilə otel, restoran, turizm agentlikləri və xidmət sahələrinə iqtisadi təsir göstərir. Hətta günlük kirayə verilən evlərin, hotellərin qiyməti 50%-dək düşüb". 

Gülayə Mecid  
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 İyun 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri