Icma.az
close
up
RU
İsrail ABŞ İran təmaslarına necə reaksiya verəcək? AÇIQLAMA

İsrail ABŞ İran təmaslarına necə reaksiya verəcək? AÇIQLAMA

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağ Evin mətbuat katibi Karolayn Livitt brifinq zamanı bildirib ki, ABŞ Tehranla diplomatik əlaqələri davam etdirir və Ağ Ev rəsmi Tehranın nüvə proqramı ilə bağlı yeni razılaşmaya ümid edir.


“Sazişlə bağlı iranlılarla birbaşa və dolayı əlaqə saxlanılır”,- Livitt vurğulayıb.

ABŞ-nin İranla nüvə proqramı ilə bağlı təmaslarını davam etdirməsi İsrailin təhlükəsizlik narahatlıqlarına necə təsir göstərə bilər?

Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva ABŞ-nin İranla nüvə proqramı üzrə təmaslarının İsraildə ciddi narahatlığa səbəb olduğunu deyib. 
Onun sözlərinə görə, Təl-Əviv uzun illərdir İranın nüvə fəaliyyətlərini milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir:

“Vaşinqtonun Tehranla diplomatik kanalları açıq saxlamağa çalışması və mümkün razılaşma üçün zəmin yaratması isə İsrailin strateji baxışları ilə ziddiyyət təşkil edir. İsrail hesab edir ki, İranla əldə ediləcək istənilən razılaşma Tehran rejiminin nüvə ambisiyalarını tamamilə dayandırmaq əvəzinə, onları legitimləşdirə və İrana vaxt qazandıra bilər”.

Politoloq İsrailin əsas narahatlıqlarından biri kimi ABŞ-lə İran arasında imzalanacaq istənilən sazişin uranın zənginləşdirilməsi səviyyəsini texniki baxımdan məhdudlaşdıra biləcəyini, lakin İranın bölgədəki raket proqramının, HƏMAS və Hizbullah kimi qruplara dəstəyi və regional təsir imkanları ilə bağlı heç bir təminat verməyəcəyini qeyd edib. 


O bildirib ki, bu, İsrailin təhlükəsizlik mühitində qeyri-müəyyənliyi artırır və Təl-Əvivi daha sərt cavab tədbirləri görməyə sövq edə bilər: 


“Eyni zamanda, ABŞ-İran təmaslarının fəallaşması İsraildə Amerikanın “İranı güzəştlərlə cilovlama” siyasətinə olan etimadı azaldır. Baş nazir Netanyahunun rəhbərlik etdiyi sağçı koalisiya açıq şəkildə bəyan edir ki, İranla diplomatik yollarla aparılan proseslər nəticə verməyəcək və ölkənin təhlükəsizliyini yalnız hərbi tədbirlərlə təmin etmək mümkündür”.


Z.Qarayeva bu yanaşmanın İsrailin gələcəkdə İranın nüvə obyektlərinə qarşı preventiv zərbələr endirmək ehtimalını da gücləndirdiyini vurğulayıb:

“Beləliklə, ABŞ-nin İranla razılığa yönəlmiş təmasları İsrailin təhlükəsizlik strategiyasını zəiflədən, onu daha sərt və radikal addımlar atmağa sövq edən mühüm amil kimi çıxış edir. Bu proses həm regional sabitliyə, həm də ABŞ-İsrail münasibətlərinə təsirsiz ötüşməyə bilər”.

Fidan Hacızadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri