Icma.az
close
up
RU
İsrail İrana hücum hazırlığında: “budəfəki hərbi toqquşma...”

İsrail İrana hücum hazırlığında: “budəfəki hərbi toqquşma...”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi bildirib ki, onun hesabatı bu ilin iyununda İsrailin İran ərazisinə zərbələr endirməsinə səbəb olmayıb. O vurğulayıb ki, onun hazırladığı sənəddə Tehranın nüvə silahı proqramı yoxdur.

Nəşr R.Qrossinin sözlərini sitat gətirib: “Mənim hesabatımda İranın nüvə silahı proqramı olmadığı açıq-aydın göstərilir. Ona görə də kimsə bu hesabatı müharibə üçün bəhanə hesab edirsə, yanılır”.

Qrossinin narahatlığı nədən qaynaqlanır? İran ətrafında vəziyyət necədir, İsrail yenidən hücum edə bilərmi? ABŞ-nin bu istiqamətdə mövqeyi nədən ibarətdir?

Bu barədə millət vəkilləri, politoloqlar “Xalq Cəbhəsi”nə danışıb.

“Münaqişə hələ bitməyib”

Milli Məclisin deputatı Ceyhun Məmmmədov qeyd edib ki, ümumi prosesə baxanda deyə bilərik ki, münaqişə hələ bitməyib: “Yəni İran-İsrail qarşıdurmasının hələ bir müddət davam edəcəyi gözlənilir. Hələ ki bir müddət üçün müharibənin bitdiyini söyləmək olar, amma bir müddətdən sonra yenidən qarşıdurma olma ehtimalı var. Rafael Qrossinin fikirlərində əsas məqsəd odur ki, kimsə düşünə bilər ki, İrana hücumun kökündə bu hesabatlar durur. Amma reallıq ondan ibarətdir ki, bu belə deyil. Əslində uzun müddətdir İran-İsrail münaqişəsi davam edir”.

“İsrail İran və Türkiyəni zərərsizləşdirmək istəyir”

Deputat bildirib ki, İsrail Yaxın Şərqdə özü üçün ən birinci təhlükə olaraq İranı görür: “Ona görə belə addımlar atır. Bu addımın atılmasının da əsas səbəbi odur. Yəni səbəb ondan ibarətdir ki, İsrail demək olar ki, Yaxın Şərqdə bütün dövlətləri zərərsizləşdirib, indi isə qarşıda duran yalnız İran və Türkiyədir, onları zərərsizləşdirmək istəyir. Bu gün bu addımların atılmasının əsas hədəf və məqsədi budur. Biz bir müddətdən sonra yenə qarşıdurmanın baş verdiyini və münaqişənin alovlandığını görə bilərik. Yəni bu, mümkündür və istisna olunmur. Belə bir narahatlıq var ki, ola bilsin bir müddət sonra yenidən eyni proseslər və problemlər yaşansın”.

“Yenidən hücum ehtimalı var”

Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü İran ətrafında vəziyyətin gərgin, narahatedici olduğunu deyərək əlavə edib ki, İsrail yenidən hücum edə bilər: “Bunun simptomları da var. İsrail İrana qarşı hərbi əməliyyatı dayansa da, digər istiqamətlərdə fasilə verməyib, hücumları davam edir. Bu mənada İsrail ilə İran arasındakı gərginlikdən hər an müharibə yarana bilər. Bu, çox təhlükəlidir”.

“Bu, çox ciddi problemlərə gətirib çıxara bilər”

Siyasi şərhçi qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi İranın nüvə silahı proqramı yoxdur deyə bildirirsə, deməli, İsrail və digər ölkələr, təşkilatlar buna etibar və etimad etməlidirlər: “Demək ki, yoxdur. Yəni o şəkildə çıxış etmək ki, İran nüvə silahı əldə edə bilər, ona görə ora müdaxilə olunmalıdır, bu, yanlış fikirlər və yanlış qərarlardır və çox ciddi problemlərə gətirib çıxara bilər. Düşünürəm ki, hər iki tərəf arasında davamlı və uzunmüddətli sülhün əldə olunması üçün Beynəlxalq Atom Enerjisi Agentliyi və nüfuzlu ölkələr çalışmalar həyata keçirib iki dövlətin aralarında gərginlik yaradan məsələlərin həll edilməsinə nail olmalıdırlar”.

“Bu iddialar əsassız da deyil”

Politoloq Turan Rzayev Rafael Qrossinin narahatlığının başa düşülən olduğunu söyləyib: “Çünki İsrail böyük ehtimal yaxın müddət ərzində İrana qarşı yenidən hərbi əməliyyatlara başlayacaq. Hətta deyərdim ki, bu, 12 günlük münaqişədən daha ciddi bir insident olacaq. İsrail hələ də ciddi şəkildə ABŞ-yə təzyiq edir, onu inandırmağa çalışır ki, İranın nüvə silahı, nüvə obyektləri var...”.

T.Rzayevin bildirdiyinə görə, belə olan təqdirdə aydın məsələdir ki, İsrail yenidən əməliyyatlara başlayacaq: “Amma burada əsas məsələ, birincisi, Qəzza faktorudur. ABŞ və dünya ictimaiyyəti faktiki olaraq Qəzza məsələsində İsrailə təzyiq etdilər və İsrail geri addım atmaq məcburiyyətində qaldı. İsrail Qəzza planını həll edə bilmədiyi, həm də dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün indi yenidən bu məsələyə fokuslanır”.

“Gərginliyin yenidən yüksəlməsi ehtimalı böyükdür”

O vurğulayıb ki, məhz indiki məqamda İsrail-İran gərginliyinin yenidən yüksəlməsi olduqca böyük bir ehtimaldır: “Düşünürəm ki, bu, baş verəcək. İsrail bununla dünya ictimaiyyətinin fikrini yayındırıb İrana doğru yönəltmək, gələcəkdə Qəzzada hərbi əməliyyatlara başlamaq üçün “əsas” yaratmaq istəyir. Bu hesabatın verilməsi əslində bunun qarşısını almaq məqsədi güdür. Böyük ehtimal burada ABŞ-nin təzyiqləri, məsələyə müdaxiləsi var. Yəni Qrossinin bunu birdən-birə etməsi də təsadüfü deyildi. O baxımdan hesab edirəm ki, bu, ABŞ-nin müharibə başlamaması üçün atdığı bir addımdır. Ancaq İsrail tərəfi çətin ki, bunu dayandırsın. Çünki İsrail bu tip məsələdə onsuz da beynəlxalq hüquqi tanımır, çox aqressiv tutum sərgiləyir. Belə olan təqdirdə yəqin ki, gərginlik başlayacaq. Amma bir daha qeyd edirəm ki, böyük ehtimal budəfəki hərbi toqquşma 12 günlük münaqişədən daha böyük olacaq”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Oktyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri