Icma.az
close
up
RU
Budəfəki müharibə digərlərindən fərqlənəcək?

Budəfəki müharibə digərlərindən fərqlənəcək?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə genişmiqyaslı müharibə yenidən alovlana bilər.

Həssas atəşkəsin davam etdiyi bir zamanda regionda hərbi eskalasiya müşahidə olunmaqdadır. Qeyd edək ki, dünən axşam saatlarında İran BƏƏ-nin neft infrastrukturuna, eləcə də Körfəz sularında hərəkət edən gəmilərə raket zərbələri endirib. BƏƏ ilə yanaşı Qətər və Bəhreyndə vəziyyətlə əlaqədar döyüşə hazırlıq tədbirləri görülməyə başlanılıb. 

Eyni zamanda, İsrail Müdafiə Qüvvələri, o cümlədən regiondakı Amerika ordu birlikləri döyüşə hazır vəziyyətə gətirilib.

“CNN International” televiziya kanalının Körfəzdə son hadisələ ilə bağlı məlumatı da xüsusi diqqət çəkir. Bildirilir ki, ABŞ və İran arasında əldə edilmiş həssas atəşkəs fonunda Tehran ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə atəş açıb və buna cavab olaraq ABŞ altı kiçik İran qayığını batırıb.

İslam İnqılabı Keşikçiləri Korpusu (SEPAH) da ABŞ-a, region və dünya ölkələrinə Hörmüzdə İranın qoyduğu qaydalardan kənar boğazdan keçməyə çalışan bütün gəmilərin vurulacağı ilə bağlı xəbərdarlıq edib.

İranın özündə isə növbəti müharibəyə ciddi hazırlıq tədbirlərinin görülməsinə başlanılıb. İran KİV-lərinin məlumatına görə, hakimiyyət bütün dövlət binalarını, hökümət nümayəndəliklərini, şəhər bələdiyyələrini boşaldıb. Hökümət bunkerdən fəaliyyətə keçib. 

Maraqlıdır, əgər Yaxın Şərqdə yenidən müharibə baş verəcəksə, bu müharibə əvvəlkindən nə ilə fərqlənəcək?

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, regionda müharibənin tam şəkildə alovlanması ehtimalı kifayət qədər yüksəkdir:

“Körfəz regionunda son gərginliklər artıq adi siyasi qarşıdurma mərhələsini keçərək hərbi risklərin real şəkildə artdığı bir mərhələyə daxil olub. Xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr göstərir ki, tərəflər birbaşa toqquşmadan yayınmağa çalışsalar da, faktiki olaraq qarşıdurma davam edir və bu, istənilən an daha geniş müharibəyə çevrilə bilər. 

Hazırkı vəziyyəti qiymətləndirərkən demək olar ki, müharibənin tam şəkildə alovlanması ehtimalı kifayət qədər yüksəkdir. Lakin bu proses bir neçə kritik faktordan asılıdır. Əgər Hörmüz boğazında enerji daşımalarına ciddi zərbə dəyərsə və ya ABŞ ilə İran arasında birbaşa geniş toqquşma baş verərsə, o zaman müharibə sürətlə regional səviyyədən qlobal təsirə malik qarşıdurmaya çevrilə bilər. 

Digər mühüm fərq enerji faktorunun birbaşa silaha çevrilməsidir. Bu gün neft və qaz marşrutları, xüsusilə Hörmüz boğazı, sadəcə iqtisadi arteriya deyil, həm də hərbi və siyasi təzyiq alətidir. 

Bu səbəbdən mümkün müharibə yalnız region ölkələrini deyil, qlobal iqtisadiyyatı da ciddi şəkildə sarsıda bilər.Hazırda Yaxın Şərqdə tammiqyaslı müharibə ehtimalı realdır, lakin daha çox ehtimal olunan ssenari uzunmüddətli, aşağı intensivlikli, lakin fasilələrlə kəskinləşən bir qarşıdurmadır.

Bu münaqişə əvvəlkilərdən fərqli olaraq daha qeyri-müəyyən, çoxcəhətli və qlobal təsirlərə malik olacaq”.

Yunis Abdullayev
“Cebhinfo.az”

Açar sözlər: müharibə Vüqar Zifəroğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri