Icma.az
close
up
RU
İsrail İrana necə hücum edib: Əməliyyatın yeni TƏFƏRRÜATLARI

İsrail İrana necə hücum edib: Əməliyyatın yeni TƏFƏRRÜATLARI

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

12 günlük müharibə nəticəsində İsrail və ABŞ İranın hərbi imkanlarına sarsıdıcı zərbə vurublar.

Lent.az-ın məlumatına görə, "The Washington Post" qəzeti İsrailin İrana qarşı "On iki günlük müharibə" adlandırdığı əməliyyatın yeni təfərrüatlarını üzə çıxaran hərtərəfli araşdırma dərc edib. Hazırkı və keçmiş İsrail, Amerika, İran və ərəb rəsmiləri ilə müsahibələrə əsaslanan məqalədə pərdəarxası qərarlar, gizli diplomatik manevrlər və hücumun özünün gedişatı haqqında ilk ətraflı məlumat verilir.

Araşdırmaya görə, nüvə sazişi üzrə ictimai danışıqlarla paralel olaraq, İsrail tarixinin ən mürəkkəb və məxfi əməliyyatlarından biri üçün hazırlıqları yekunlaşdırırıb. İranda onlarla agent yerləşdirilib, İsrail pilotları tam döyüş hazırlığı vəziyyətində olub və hədəflər təkcə hərbi obyektlər arasında deyil, həm də əsas nüvə agentləri arasında müəyyən edilib.

ABŞ və İsrail kəşfiyyat orqanları ali dini lider Əli Xameneinin dini qadağasına baxmayaraq, İranın nüvə silahı əldə etmək cəhdlərini dayandırmadığı ilə razılaşdıblar. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, İran alimləri bu fətvanın ləğvi halında nüvə qurğusunun tikintisini sürətləndirməyin yollarını araşdırırıblar. ABŞ kəşfiyyatı inanıb ki, zənginləşdirilmiş uran ehtiyatları ilə İran təxminən altı ay ərzində xam nüvə bombası yarada bilər.

Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra İran zənginləşdirilmiş uran istehsalını kəskin şəkildə artırıb. Nə Mərkəzi Kəşfiyyat İdarəsi, nə də Mossad artıq bombanın istehsal olunduğuna inanmayıb, lakin İsrail qəfil və gizli bir qərardan qorxub. Əməliyyat ərəfəsində MAQATE rəsmi olaraq 20 ildən sonra ilk dəfə İranın yayılmaması öhdəliklərini pozduğunu elan edib.

Aradırmaya görə, Trampın ikinci müddətinin əvvəlində baş nazir Benyamin Netanyahu ona İrana hücum üçün bir neçə ssenari təqdim edib. Bunlar müstəqil İsrail əməliyyatlarından tutmuş tammiqyaslı birgə əməliyyatlara qədərdir. Vaşinqton açıq şəkildə diplomatiyaya güvənib, lakin eyni zamanda intensiv gizli planlaşdırma aparılıb. Mənbələrin iddia etdiyi kimi, İsrail və ABŞ arasında fikir ayrılıqları ilə bağlı media xəbərləri dezinformasiya kampaniyasının bir hissəsi olub.

İsrail hücumları başladıqdan sonra belə, Tramp administrasiyası diplomatik həll yolu üçün son cəhdini edib və Qətər vasitəsilə İrana gizli təklif göndərib. O, bütün sanksiyaların qaldırılması müqabilində proksi qruplara dəstəyi dayandırmağı və əsas uran zənginləşdirmə müəssisələrini sökməyi tələb edib. Tehran təklifi rədd edib və bundan sonra Tramp ABŞ-ın hərbi kampaniyada iştirakına razılıq verib.

Əməliyyatda xüsusilə "insan biliklərinin anbarı" adlanan yerə diqqət yetirilib. İsrail kəşfiyyatı nüvə proqramını həqiqətən yavaşlatmaq üçün əsas alimlərin məhv edilməsinin vacibliyinə inanıb. Müharibənin ilk saatlarında İsrail Hərbi hava qüvvələri aparıcı mütəxəssisləri məhv etmək əməliyyatının bir hissəsi olaraq Tehrandakı binalara hədəfli zərbələr endirib. Nəşrin məlumatına görə, ümumilikdə 11 yüksək vəzifəli İran nüvə alimi öldürülüb.

Eyni zamanda, İran daxilindəki agentlər və hava qüvvələri Natanz, Fordo və İsfahanda ballistik raket buraxıcılarının, hava hücumundan müdafiə sistemlərinin və nüvə infrastrukturunun əsas elementlərinin əhəmiyyətli bir hissəsini məhv ediblər. Daha sonra Amerika bombardmançı təyyarələri və qanadlı raketləri hücumlara qoşulub.

Araşdırma həmçinin mülki şəxslər arasında xeyli itkiyə də işarə edir. "Washington Post" və "Bellingcat" yaşayış binalarına endirilən zərbələr nəticəsində uşaqlar da daxil olmaqla onlarla mülki şəxsin ölümünü təsdiqləyiblər. İran hakimiyyəti iddia edir ki, müharibə zamanı 276 mülki şəxs də daxil olmaqla 1000-dən çox insan həlak olub.

Əməliyyatın miqyasına baxmayaraq, İsrail, ABŞ və MAQATE İranın nüvə proqramının tamamilə məhv edilmədiyini etiraf edirlər. Zərər ciddi qiymətləndirilir və proqramı illərlə geri sala bilər. Bununla belə, zənginləşdirilmiş uran ehtiyatları qalır və MAQATE müfəttişlərinin əsas obyektlərə girişi hələ də qadağandır.

Ekspertlər qeyd edirlər ki, hücum Yaxın Şərqdə strateji tarazlığı dəyişdirib, İranın cavab tədbirləri təhdidini artırıb və yaxın gələcəkdə diplomatik nüvə razılaşmasına qayıtmaq ehtimalını faktiki olaraq aradan qaldırıb. Lakin Tehran vurğulayır ki, onun bilik və texnologiyası hərbi yolla məhv edilə bilməz və nüvə proqramı davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri