İsrail Ordusunun rəsmisi İrana qarşı hərbi əməliyyatın gizli detallarını açıqlayıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
“İrana qarşı hərbi əməliyyatlarda yüksək səviyyəli məxfilik şəraitində bu ölkənin daxilinə sızmağa nail olmuş kəşfiyyat bölmələrimiz mühüm rol oynayıb”.
APA yerli “i24news” portalına istinadən xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.
Onun sözlərinə görə, görülən operativ tədbirlərlə qısa müddət ərazində adıçəkilən ölkənin hava məkanına nəzarət təmin edilib:
“Bu uğur həm koordinasiyalı fəaliyyət, həm də hərbi hava qüvvələri və “Komandos” hərbi birləşməsinin müştərək fəaliyyəti nəticəsində əldə edilib. Nəticədə qarşımıza qoyulan tapşırıqlar icra olunub”.
Qeyd edək ki, İran daxilində gizli kəşfiyyat əməliyyatlarının keçirildiyini İsrail kəşfiyyatındakı mənbələr də təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 26 İyun 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















