Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

İsrail İrana təkbaşına zərbə endirsə nə baş verər?

İsrail İrana təkbaşına zərbə endirsə nə baş verər?

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"Financial Times" qəzetinin geniş araşdırmasında qeyd olunur ki, İranın dağların içində yerləşən və gücləndirilmiş yeraltı bunkerlərdə yerləşən nüvə obyektlərinə hücum – məsələn, Nətənzdəki obyekt – İsrailin ötən il həyata keçirdiyi əməliyyatlardan qat-qat çətin olacaq.

Bizimyol.info xəbər verir ki, Londonda yerləşən Birləşmiş Silahlı Qüvvələrin Kral Akademiyasının mart ayında dərc olunmuş araşdırmasına əsasən, əgər ABŞ bu hücuma qoşulsa, Diyeqo-Qarsiya bazasından havaya qalxan "B-2" bombardmançıları hədəflərə 13,607 kq-lıq "GBU-57" tipli ağır bombalar ata bilər.

Ancaq İsrail təkbaşına hərəkət etsə, imkanları daha məhdud olacaq. Çünki İsrailin nə bu qədər ağır bombalar daşıya biləcək bombardmançıları, nə də bu tip silahları hədəfə çatdırmaq qabiliyyəti var. "Financial Times" yazır ki, belə bir ssenaridə İsrailin ən real variantı, 907 kq-lıq yüksək dəqiqlikli "BLU-109" bombaları daşıyan "F-35" qırıcıları və ya 1814 kq-lıq "GBU-28" bombaları ilə təchiz olunmuş "F-15" qırıcı-bombardmançıları olacaq. Lakin bu tip bombalarla bunkerləri dəlib keçmək üçün hədəfə dəfələrlə dəqiq zərbə endirmək lazım gələcək. Bu isə çoxsaylı hava uçuşları və ehtimal ki, yanacaq dolduran təyyarələrin istifadəsini tələb edəcək. Qeyd edək ki, belə təyyarələr uzun mənzilli zenit raketlərinə və pilotsuz uçuş aparatlarına qarşı həssasdır.

Ötən yaydan bəri İsrail uzaq məsafələrdə yerləşən Yəməndəki hədəflərə ən azı doqquz dəfə zərbə endirib.

"Financial Times" bildirir ki, İsrail təyyarələri hələ də aktiv olan İrandakı yaxın və orta mənzilli zenit raket sistemlərinin, eləcə də pilotsuz müdafiə dronlarının əhatə dairəsində olacaq. Bu sistemlərin nə qədərinin sıradan çıxarıldığını müəyyən etmək çətindir. Rusiyadan alınmış "Tor-M1" kimi yaxın məsafəli sistemlərdən əlavə, İran arsenalında yerli istehsal olan "Bavar-373" (uzaq mənzilli) və "Khordad-15" (orta mənzilli) raket sistemləri də mövcuddur. Bu proqramlar, Rusiyadan yeni sistemlərin ləng və qeyri-kafi şəkildə tədarük olunmasına görə, İranın yerli silah istehsalını artırmasına gətirib çıxarıb.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun əməkdaşı Fabian Hinz "Financial Times"a bildirib ki, İran bu yolla ballistik raket proqramındakı uğurunu təkrar etməyə çalışır.

Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Qlobal Təhlükəsizlik və Geostrateji proqramının rəhbəri Con Alterman qəzetə deyib ki, belə hava hücumundan əvvəl İranın hava hücumundan müdafiə sistemlərinin susdurulması İsrail üçün asan olmayacaq. "Amma bu, İsrailin imkanlarından kənardadırmı? Əsla yox. İsrail bu cür ssenarilərə qarşı onilliklərdir ki, hazırlanır", - deyə o qeyd edib.

Eyni şəkildə İran da bu ssenarilərə hazırlaşır. İrana qarşı mümkün hava əməliyyatı saatlar və ya günlər çəkə bilər və bu zaman pilotlar yerüstü müdafiə sistemləri ilə, hava döyüşləri və qanadlı raketlərlə qarşılaşacaqlar. Bu zaman radioelektron mübarizə təyyarələri və radar əleyhinə raketlər də istifadə olunacaq. Britaniyanın RUSI institutundan tədqiqatçı Robert Tolas "Financial Times"a: “İsrail İrana qarşı hava üstünlüyü əldə edib. Amma belə hücum saatlarla davam edən təyyarə dalğalarını tələb edir. Bu isə ekipaj yorğunluğunu önə çıxarır. Təyyarələr nə qədər uzun müddət İranda qalarsa, nəyinsə səhv getməsi ehtimalı da bir o qədər artır”, - deyə bildirib.

Tolas əlavə edib ki, İrandakı radarlar İsrailin müdaxilə sistemləri və radar əleyhinə raketləri ilə susdurula və ya məhv edilə bilər. Ancaq bu o demək deyil ki, bütün sistemlər sıradan çıxarılacaq. Moskvadakı Strateji və Texnologiyaların Təhlili Mərkəzinin hava hücumundan müdafiə üzrə eksperti Yuri Lyamin qəzetə: "Hücumun uğur qazanacağı əvvəlcədən müəyyən deyil. "S-300" sistemlərinə daha çox diqqət ayrılsa da, İran daha çevik və müasir, tez yer dəyişən və gizlənə bilən sistemlərin yaradılmasına böyük önəm verir. Bu da onları uzaq mənzilli zərbələrə qarşı daha dayanıqlı edir", - deyə qeyd edib.

"Nəticə isə tərəflərin birgə fəaliyyət qabiliyyətindən asılı olacaq. Ən yaxşı komanda qalib gələcək", - deyə Lyamin əlavə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri