Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 16 iyun, AZƏRTAC
ABŞ ilə İran arasında anlaşma memorandumunun imzalanmasından sonra başlanacaq və 60 gün davam edəcək danışıqlar müddətində gəmilərin Hörmüz boğazından ödənişsiz keçməsinə icazə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens “NBC News” telekanalına müsahibəsində bildirib.
“Sazişdə qeyd olunur ki, yekun razılaşma üzrə danışıqlar aparıldığı 60 gün ərzində Hörmüz boğazına giriş və çıxış pulsuz olacaq”, – deyə o vurğulayıb.
Vensin sözlərinə görə, Vaşinqton yekun razılaşma əldə olunduqdan sonra da bu su yolundan keçidin ödənişsiz qalacağını gözləyir.
“Danışıqlar zamanı belə bir sual ortaya çıxdı: əgər gəmi xarab olarsa, nə baş verəcək? Gəmi yedəklənməli olarsa, buna görə xidmət haqqı tutulacaqmı? Bu, tamamilə fərqli məsələdir. Ola bilsin ki, iranlılar bunu nəzərdən keçirirlər. Bununla belə, biz onlara açıq şəkildə bildirdik ki, gəmilərin Hörmüz boğazından keçidi üçün ödəniş tələb edən hər hansı sistemlə barışmayacağıq”, – deyə ABŞ-nin Vitse-prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 16 İyun 2026 04:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















