İsrail İrlandiyadakı səfirliyini bağlayır AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
İsrail Xarici İşlər Nazirliyi İrlandiya hakimiyyətinin sərt anti-İsrail siyasətinə görə Dublindəki səfirliyi bağlamaq qərarını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti xarici işlər naziri Gideon Saarın bəyanatına istinadən məlumat yayıb.
"İrlandiyanın həyata keçirdiyi antisemitizm hərəkətləri və ritorikası ikili standartlara əsaslanır. İrlandiya İsraillə münasibətlərdə bütün qırmızı xətləri keçib", - bəyanatda deyilir.
Xatırladaq ki, Dublinin Fələstin dövlətini tanımasından sonra İsrail artıq may ayında İrlandiyadakı səfirini geri çağırmışdı. Eyni zamanda, İrlandiya səfiri İsraildə fəaliyyətini davam etdirir.
Ötən həftə İrlandiya hökuməti İsraili Qəzza zolağında soyqırımda ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıran Cənubi Afrika Respublikasını dəstəkləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 15 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















