Icma.az
close
up
RU
İsrail işğalına qarşı mübarizədə informasiya savaşı çox önəmlidir Tawasol forumu

İsrail işğalına qarşı mübarizədə informasiya savaşı çox önəmlidir Tawasol forumu

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Məqsədimiz Fələstin narrativini dəstəkləmək üçün qlobal əlaqələr və əməkdaşlığın genişləndirilməsidir..."

Dünən, yanvarın 19-da İstanbulda iki gün davam edən "Tawasol" Fələstin Beynəlxalq Media və Kommunikasiya Forumu başa çatıb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" xəbər agentliyi məlumat verib.

Məlumatda deyilir ki, Forumda müxtəlif mediastrukturların nümayəndələri və təxminən 50 ölkədən fəallar spiker kimi iştirak edib. Ümumilikdə, tədbirə qatılmaq üçün təxminən 750 nəfər qeydiyyatdan keçib.

Forum iştirakçıları aşağıdakı mövzularda müzakirələr aparıb: "Fələstinin tarixi: yaranma və inkişaf prosesi", "Fələstində medianın əsas rolu: mövcudluq, kontekst və qarşılıqlı əlaqə", "Fələstin məsələsi tarixi dönüş mərhələsində- inkişaf, transformasiya və gələcək", "Sionist narrativ və onun məhvinin nəticələri" və s.

Asiya, Afrika, Avropa, Amerika və Latın Amerikası KİV-lərində Fələstin tarixinin işıqlandırılması, eləcə də işğal şəraitində fələstinli jurnalist və fotoqrafların vəziyyəti kimi məsələlər müzakirə olunub.

Xüsusi diqqət Fələstin mediasının "İsrail işğalı şəraitində məlumatların işıqlandırmasına", ərəb və dünya jurnalistika və media icmasının fələstinli həmkarlarına qarşı öhdəliklərinə, həmçinin yeni dövrdə Fələstin narrativini dəstəkləmək üçün qlobal əlaqələr və əməkdaşlığa yönəldilib.

Tədbirin bağlanış mərasimində üç layihənin başlanğıcı elan edilib. Bu layihələrə Media mükafatı üzrə xüsusi müsabiqənin keçirilməsi, üç məlumat kitabçasının (metodik vəsaitlərin) nəşri və Qəzzadan olan 20 gənc jurnalistin təlimi və işlə təmin olunması daxildir.

"Bu həyati əhəmiyyətli problem haqqında dünya ictimaiyyətinin həqiqəti bilməsi və İsrail sionistlərinin fələstinlilərə qarşı törətdiyi cinayətlərin ifşa olunması, həmçinin yalan xəbərlər və qəsdən yayılan dezinformasiyalarla dolu İsrail təbliğatının məhv edilməsinə töhfə verməsi çox vacibdir," - "Tawasol" forumunun direktoru Bilal Xəlil bildirib.

"Tawasol" ərəb və dünya KİV-ləri arasında əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış media forumudur. İldə iki dəfə "Tawasol" onlayn media platformalarında və sosial şəbəkələrdə kampaniyalar təşkil edir. Məqsəd isə təsir edən şəxsləri və fəalları İsrail təbliğatına qarşı mübarizəyə təşviq edərək fələstinlilərin hüquqlarını dəstəkləməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see166

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri