Icma.az
close
up
RU
“Belə böyük komandalara qarşı qalibiyyət çox önəmlidir” Qurban Qurbanov

“Belə böyük komandalara qarşı qalibiyyət çox önəmlidir” Qurban Qurbanov

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bizi çox maraqlı oyun gözləyir. Çox güclü komandaya qarşı oynayacağıq. Bu cür komandaların Bakıya gəlməsi azarkeşlər üçün böyük stimuldur. Oyuna gəlincə, yaxşı hazırlaşmışıq. İnanıram ki, sabah yaxşı mübarizə aparacağıq. Oyunçularıma güvənirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Çelsi” oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Belə böyük klublara belə hallar bilmirəm necə təsir edə bilər. Bu komandalar üçün oyun günü meydana çıxmaq problemlər yaratmamalıdır. Bizim də belə oyunlarımız olub. Hansı ki, bəzi səfər oyunlarımız olub ki, meydançanı oyun günü hiss etmişik. Bunun bizim üçün elə bir üstünlüyü olmamalıdır. Əksinə, görünür ki, işlərinə necə peşəkar yanaşırlar. Ölkələr arasında saat fərqi var. Görünür, London rejiminə əməl etməyə üstünlük veriblər.

Ümumiyyətlə, belə böyük komandalara qarşı qalibiyyət çox önəmlidir. Çünki reallığa baxsaq, biz böyük futbol ölkəsi deyilik. Belə komandalara qalib gəlmək əlavə stimuldur. Bizim belə komandalara qarşı heç bir qələbəmiz, nə də xalımız yoxdur. Məğlub olsaq da, bizim uduşumuz var. Ən azı yaxşı oyunla azarkeşlərimizi sevindirmək istəyirik. Bu cür komandanın Bakıya gəlməsi özü bir uduşdur. Mən həmişə demişəm ki, İngiltərə Premyer Liqası dünyanın bütün çempionatlarından güclü liqadır.

2017-ci illə bu günü götürsək, mən deyərdim ki, bu gün futbol daha güclüdür. Əvvəllər biz onlardan zəif idiksə, bu gün təcrübəmiz çoxalıb. Buna baxmayaraq, biz nə qədər inkişaf etsək də, “Çelsi” daha çox güclənib. Bakıda dünya çempionlarına qarşı oynamaq – hansı ki, finalda PSJ-nin qapısına üç qol vurmuşdular – bu, yenə deyirəm, bizim üçün əlavə stimuldur.

Ümumiyyətlə, “Çelsi” son oyunlarda fərqli rotasiyalar edir. Premyer Liqada ayrı cür çıxış edirlər, Çempionlar Liqasında isə fərqli oyun göstərirlər. Amma biz yenə də öz bildiyimiz sistemdən istifadə edəcəyik. Ola bilər, hansısa xırda detallar olsun ki, oyunun gedişində dəyişiklik edək. Amma buna baxmayaraq, çalışacağıq ki, futbolçular bu oyundan zövq alsın.

Heyəti demək olar ki, müəyyənləşdirmişəm. Ola bilər ki, hansısa dəyişiklik olsun, amma dediyim kimi, heyət böyük ölçüdə hazırdır.

Qısa olaraq, demək istəyirəm ki, “Çelsi”nin baş məşqçisi Enzo Mareskaya təşəkkür edirəm belə fikirlər səsləndiribsə. Bu bir daha onun peşəkarlığını göstərir ki, bizə ciddi yanaşıb. Dediyim ki, məşqçilər, futbolçular peşəkardır ki, bu səviyyəyə çatıblar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 04 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri