Icma.az
close
up
RU
İsrail israr edir: Türkiyədənsə, Suriyada Rusiya bazaları qalsın

İsrail israr edir: Türkiyədənsə, Suriyada Rusiya bazaları qalsın

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Birləşmiş Ştatlar Suriyanın keçid administrasiyasına sanksiyaları yumşaltmaq üçün yerinə yetirməli olduğu tələbləri göndərib. Bu, Vaşinqtonun fikrincə, Bəşər Əsəd rejimi tərəfindən qalan kimyəvi silah ehtiyatlarının məhv edilməsi, terrorçularla mübarizədə əməkdaşlıq və Amerika vətəndaşının axtarışına köməkdir.
Amerikalı vətəndaş 2012-ci ildə paytaxtın nəzarət-buraxılış məntəqələrindən birindən keçərkən Suriya kəşfiyyatı tərəfindən saxlanıldıqdan sonra müəmmalı şəkildə yoxa çıxan frilanser Ostin Taysdır.
Siyahı Senatın əvvəllər irəli sürdüyü şərtlərdən fərqlənir. Xüsusilə, Ağ ev Suriyada Rusiyanın iki hərbi bazasının ləğvinə israr etmir.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
ABŞ dövlət katibinin Yaxın Şərq və Suriya üzrə köməkçisinin müavini Nataşa Françeşinin martın 18-də Brüsseldə Suriya tərəfinə çatdırdığı bütün tələblərin yerinə yetirilməsi ABŞ-nın Dəməşqə qarşı sanksiyalarını yumşaltmağa kömək edəcək. Bu istiqamətdə Donald Tramp administrasiyasının atmağa hazır olduğu konkret addımlardan biri rəsmi sanksiyalardan azad edilmə müddətinin iki il uzadılması ola bilər. Bu bənd Suriya dövlət qurumları ilə maliyyə əməliyyatlarına aiddir.
“Reuters” iddia edir ki, Ağ ev sanksiyalar rejimində milli iqtisadiyyatın müharibədən sonrakı vəziyyətə qayıtmasına imkan verəcək başqa bir “pəncərə” aça bilər.
Hazırkı tələblərin siyahısı fevralda ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Rişin təqdim etdiyi tələbləri qismən təkrarlayır. Lakin hazırkı versiyada mühüm istisna odur ki, Ağ ev Suriyadan Rusiyanın iki hərbi bazaya girişini bağlamağı tələb etməyib.
Yada salaq ki, müvafiq komitənin iclasında çıxış edən Riş Dəməşqdəki keçid administrasiyasının Moskva və Tehranı öz ərazisindən çıxarmalı olduğunu təkid edib. “Moskva Aralıq dənizindəki limanından (o, Tartusu nəzərdə tuturdu – NG) ABŞ-ı və ya müttəfiqlərimizi təhdid etmək üçün istifadə etməməlidir”, - deyən senator fevralda qeyd edib ki, bu, Suriya rəhbərliyinə qoyulan məhdudiyyətlərin götürülüb-götürülməyəcəyinin göstəricilərindən biridir.
Rusiya bazalarının saxlanılması zərurəti üçün Vaşinqtonda fəal lobbiçilik edən baş nazir Benyamin Netanyahu olub. “Reuters”in məlumatına görə, İsrail rəsmiləri Tramp administrasiyasını Moskvanın İsrail sərhədlərinin və bütün Suriya sahillərinin təhlükəsizliyinin qarantı olduğuna inandırmağa çalışıblar.
Amerika hakimiyyəti bu cür arqumentlərdən təəccüblənib və Türkiyənin NATO üzvü kimi İsrail üçün qarant ola biləcəyinə işarə edib. Lakin İsrail tərəfi bunun qəti əleyhinə olduğunu, Ankaranın Suriyada mövqelərini gücləndirdikdən sonra ciddi təhlükə yaratdığını bildirib.
“Walla”nın xəbər verdiyi kimi, İsrail hərbi və kəşfiyyat dairələri bu yaxınlarda Türkiyənin Suriyada təsirinin genişləndirilməsinin nəticələrinə dair bir neçə dəfə daxili məsləhətləşmələr keçiriblər. Danışıqçılar razılaşıblar ki, bu müharibə teatrında təhlükə artmaqdadır və Suriya ərazisində İsrail ilə Türkiyə arasında toqquşma qaçılmaz görünür. “Walla” mənbələri deyirlər ki, həll yolu Suriyanın cənubunda İsrail qüvvələrini saxlamaq, həmçinin Rusiya bazalarını qorumaq üçün mübarizə aparmaqdır.
Netanyahu hökuməti hesab edir ki, Rusiya hərbi mövcudluğunu saxlama Türkiyənin Suriyada, o cümlədən sahil bölgələrindəki hərbi obyektlərə nəzarəti ələ keçirməsinə qarşı əminlik deməkdir.
Rəsmi olaraq bu mövqe İsraildə açıqlanmır. Yəhudi dövlətinin Rusiyadakı səfiri Aleksandr Ben-Zvi bu yaxınlarda TASS agentliyinə müsahibəsində bildirib ki, ölkəsi Moskva ilə Rusiya bazalarının taleyini müzakirə etmir: “Bu məsələ Rusiya ilə Suriya arasında həll olunmalıdır”.
Bununla belə, o, əlavə edib:
"Təhlükənin haradan gəldiyindən asılı olmayaraq, istər şiə milisləri, istərsə də İran qrupları, təhlükəsizliyimizin qorunub saxlanması üçün hər şeyi edəcəyik”.
Hələlik Suriya ciddi idarəçilik böhranı ilə üz-üzədir. ABŞ Milli Kəşfiyyat Direktoru Ofisinin açıqladığı yeni illik hesabatda deyilir ki, 2024-cü il dekabrın 8-də Dəməşqdə hakimiyyət dəyişikliyi ölkədə uzunmüddətli qeyri-sabitliyə şərait yaradıb. Hesabat müəlliflərinin fikrincə, bu, Suriyada İŞİD və digər islamçı qrupların dirçəlməsinə töhfə verə bilər. Üstəlik, Dəməşqdəki müvəqqəti administrasiya bütün qurumları birləşdirə bilsə belə, “ölkənin iqtisadi problemləri, humanitar ehtiyacları, ümumi qeyri-sabitlik, etnik və məzhəb ayrılıqları fonunda Suriyanı idarə etmək mürəkkəb vəzifə olaraq qalacaq”.
ABŞ kəşfiyyat ictimaiyyəti xatırladır ki, martın əvvəlində Suriyanın keçid hökumətinə sadiq qüvvələr sahilyanı əyalətlərdə kütləvi qırğınlar və məhkəməsiz qətllər törədiblər. Onların hədəfi keçmiş prezident Bəşər Əsəd və onun siyasi çevrəsinin keçmiş üzvlərindən ibarət dini qrup olan ələvilər olub. Bu onu deməyə əsas verir ki, Suriyanın müvəqqəti prezidenti Əl-Şaraa əvvəlki hökumətin arxalandığı etno-konfessional qruplardan qisas almaq planlarını hələ də həyata keçirən tərəfdarlarına tam nəzarət edə bilmir.
“Bəzi qalan cihadçı qruplar “Heyət Təhrir əş-Şam”ın (HTŞ) başçılıq etdiyi Müdafiə Nazirliyinə qoşulmaqdan imtina edir. Əl-Şaraanın özü bir vaxtlar “Əl-Qaidə” ilə əlaqəli olduğundan etimadı doğurmur.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Mart 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri