Rusiya bazaları Suriyada qalacaq?
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Peskov: “Bu barədə danışmaq tezdir”
“Xmeymim və Tartusda Rusiya hərbi bazalarının saxlanılıb-saxlanılmamasından danışmaq hələ tezdir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu barədə danışmaq tezdir. Bütün bunlar Suriyada hakimiyyətə gələcək qüvvələrlə müzakirə mövzusudur”, - deyə Peskov Rusiyanın Suriyada hərbi mövcudluğunun qalıb-qalmayacağından danışarkən bildirib.
Qeyd edək ki, Suriyanın silahlı müxalifəti Rusiya hərbi bazalarının yerləşdiyi Latakiya əyalətini tamamilə nəzarətə götürüb. “RİA Novosti” Kremldəki mənbəyə istinadən yazıb ki, silahlı Suriya müxalifətinin liderləri ölkə ərazisində yerləşən Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.


