Icma.az
close
up
RU
İsrail Kipr Türk Dövlətini HƏDƏLƏDİ: Təl Əviv hərbi əməliyyat planlaşdırır

İsrail Kipr Türk Dövlətini HƏDƏLƏDİ: Təl Əviv hərbi əməliyyat planlaşdırır

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin hökumətyönlü "Israel Hayom" qəzetində dərc olunan və beynəlxalq təhlükəsizlik üzrə tanınmış ekspert Şay Qalın müəllifi olduğu yazı regionda rezonansa səbəb olub. Məqalədə iddia olunur ki, Şimali Kipr - yalnız Türkiyə tərəfindən tanınan bu qurum artıq İsrail üçün birbaşa təhlükə mənbəyinə çevrilməkdədir.

Milli.Az xəbər verir ki, məqalədə deyilir ki, Şimali Kipr ərazisi yalnız türk hərbi birləşmələri üçün deyil, eyni zamanda İran İnqilab Keşikçiləri Korpusu və HƏMAS strukturları üçün də "rahat" platformaya çevrilib. Müəllif qeyd edir ki, bu ərazidə elektron müharibə sistemləri, "Bayraktar", "Akıncı" PUA-ları, ATMACA və Typhoon raketləri, həmçinin kiberkəşfiyyat qurğuları yerləşdirilib və bu da İsrailə real təhlükə yaradır.
UBu barədə Haqqin.az saytı geniş təhlil məqaləsi ilə çıxış edib.)

Məqalədə vurğulanır ki, Girnə və Famaqusta bölgələrində artıq hərbi bazalar hazır vəziyyətə gətirilib və bu bazalardan Təl-Əviv, Hayfa və Qüdsə raket zərbəsi endirmək texniki olaraq mümkündür.

Yazıda bildirilir ki, əgər bu təhlükələr kritik həddə çatarsa, İsrail Yunanıstan və Kipr Respublikasının dəstəyi ilə "Poseydonun qəzəbi" adlı hərbi əməliyyata başlaya bilər. Bu əməliyyat çərçivəsində Şimali Kiprdə yerləşdirilən hava hücumundan müdafiə sistemləri, komanda mərkəzləri və Türkiyə hərbi qüvvələri zərərsizləşdirilə bilər.

Qeyd olunur ki, bu plan 1974-cü ildəki Türkiyə əməliyyatının ildönümündə müzakirəyə çıxarılıb və bu da mesajın simvolik gücünü artırır. Müəllif İsrailin İrana qarşı son hava hücumlarını xatırladaraq deyir: "Uzun illər mümkün sayılmayan əməliyyatlar artıq reallığa çevrilir".

Şimali Kipr Türk Dövlətinin prezidenti Ersin Tatar isə "CNN Türk"ə verdiyi açıqlamada bu iddialara sərt reaksiya verib: "Bizim adadakı varlığımız həm türk, həm də rum icmasının təhlükəsizliyinin təminatıdır. Türkiyə bizim hərbi, iqtisadi və siyasi zəmanətçimizdir və bu mövzu istənilən senaridə dəyişməz qalacaq".

Tatar həmçinin İsrailin Kiprin cənubundakı mövcudluğunu və Britaniyanın adadakı bazalarını xatırladaraq, "Qərb Kipri və Şərqi Aralıq dənizini hərbiləşdirir, biz isə sadəcə özümüzü qoruyuruq" deyə bildirib.

Məqalədə qeyd olunur ki, ABŞ da bölgədəki varlığını artırır. Xüsusilə Yunanıstandakı Aleksandrupolis limanı Amerikanın əsas hərbi-logistika bazasına çevrilməkdədir. Bu isə Türkiyədə narahatlıqla qarşılanır - çünki Ankara bu bazanın gələcəkdə öz maraqlarına qarşı istifadə olunacağından ehtiyat edir.

Bütün bu proseslər fonunda İsrail, Türkiyə, Yunanıstan və ABŞ-ın Şərqi Aralıq dənizi üzərindəki maraqları toqquşmaq üzrədir və Şimali Kipr - bu gərginliyin qaynayan nöqtəsinə çevrilməkdədir.

İsrailin Hayom nəşrində dərc olunan və Şimali Kiprdə guya İran və HƏMAS-a bağlı hərbi strukturların mövcudluğu ilə bağlı irəli sürülən iddialar tamamilə uydurma, təxribatçı və beynəlxalq hüquqa zidd olan yanaşmadır. Bu cür "təhlükə ssenariləri" ilə əsaslandırılan istənilən hərbi müdaxilə planı beynəlxalq hüququn və Kipr barış sazişlərinin pozulması anlamına gələcək və birbaşa Türkiyənin sərt cavab reaksiyası ilə üzləşəcək.

İsrail mənbələrinin Cirnə (Girne) və Famaqusta (Mağusa) bölgələrində guya İran və HƏMAS-a bağlı hərbi bazaların, elektron müharibə qurğularının, "med balaları" şəbəkələrinin yerləşdirilməsi barədə söylədikləri heç bir beynəlxalq hesabatda, faktiki sənəddə sübut olunmamışdır.

Bu iddialar nə NATO, nə BMT, nə də digər beynəlxalq nəzarət mexanizmləri tərəfindən təsdiqlənmir. Bu, sadəcə olaraq, bölgədəki Türk hərbi varlığını hədəfə alan geosiyasi manipulyasiyadır.

1974-cü ildə Kipr Türklərinin qətliamdan xilas edilməsi üçün həyata keçirilmiş "Barış Hərəkatı" nəticəsində yaradılan Türk Silahlı Qüvvələrinin varlığı 1960-cı il Londan və Zürİx müqavilələrinin hüquqi zəmanətinə əsaslanır. Türk ordusu adada qanuni zəmanətçi ölkənin birbaşa silahlı qüvvəsi olaraq yerləşir.

Bununla yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) özünüidarə və daxili sabitliyini qoruyan hüquqi subyektdir və bölgədə hərbi hazırlıq yalnız defensiv (müdafiə) xarakter daşıyır.

İsrail mətbuatında yayılan və Şimali Kiprə qarşı guya "HƏMAS bazalarını təmizləmək" adı altında planlaşdırılan "Poseydon qəzəbi" adlı hərbi əməliyyat ssenarisi, əslində bölgədə müharibə riskini artıran təhlükəli təxribatdır.

Türkiyə bu cür addımı birbaşa müharibə aktı kimi qəbul edəcək və öz zəmanət hüququna əsaslanaraq dərhal cavab verəcəkdir.

Bunun nəticələri isə yalnız Kipr adasında deyil, bütün Şərqi Aralıq dənizi hövzəsində qarşıdurma və gərginliyin artmasına səbəb olacaq.

Musavat.com bildirir ki, iddiaların əksinə olaraq, Şimali Kipr ərazisi hərbi baza deyil, turizm, təhsil və iqtisadi inkişaf zonasıdır. Regionda fəaliyyət göstərən universitetlər, otellər və limanlar beynəlxalq nəzarət altında olan mülki obyektlərdir. Bu infrastruktur hərbi yox, sosial və iqtisadi mahiyyət daşıyır.

İsrailin bu qurumları "kəşfiyyat maskası" kimi təqdim etməsi spekulyativ və qərəzli yanaşmadır.
Türkiyə və ŞKTC uzun illərdir ki, Kipr problemini diplomatik yollarla və sülh əsaslı şəkildə həll etməyə çalışır. İsrailin və bəzi Qərb dairələrinin bu balansı bir tərəfli hərbi təzyiqlərlə pozmağa çalışması beynəlxalq sülh prosesini baltalamaqdır.

Türkiyə beynəlxalq hüquq çərçivəsində, Kipr Türklərinin təhlükəsizliyini təmin etməkdə israrlıdır və bu hədəfdən geri çəkilməyəcək. /Musavat.com

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Avqust 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri