İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
İsrail Hərbi Hava Qüvvələri son saatlarda Livanın cənubundakı Sur şəhərində “Hizbullah”ın hərbi obyektlərinə iki seriya zərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail aviasiyasının hədəfi “Hizbullah”ın silahlı qanadının tərkibində fəaliyyət göstərən “Əziz” bölməsi tərəfindən istifadə edilən hərbi infrastruktur olub. Komanda mərkəzlərinə, kəşfiyyat infrastrukturuna, silah anbarlarına zərbələr endirilib.
İsrail hərbçilərinin məlumatına görə, “Əziz” bölməsi Sur rayonundan fəal şəkildə baza kimi istifadə edir və oradan İsrail ərazisinə atəş açır.
Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda "Hizbullah" birləşmələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 Noyabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















