İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!
Icma.az bildirir, Axar.az portalına istinadən.
İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanımaq qərarının Azərbaycana təsir edəcəyi İsrail mediasında da geniş şərh edilir.
Axar.az xəbər verir ki, mövzuya nüfuzlu “Yerusəlim Post” (The Yerusalem Post) nəşri də toxunub.
Nəşrə açıqlama verən Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) prezidenti Efraim İnbar bildirib ki, bu, “uşaqsayağı və xırdaçılıqla verilmiş səhv” qərardır:
“Bu addım Türkiyəyə təzyiq məqsədi daşısa da, əvəzində İsrailin strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərə zərbə vura bilər”.
O bildirib ki, Azərbaycan “strateji aktiv” və İsraillə dərin strateji tərəfdaşlıq münasibətləri saxlayan bir ölkədir. Bu baxımdan xarici siyasət emosiyalarla deyil, milli maraqlarla müəyyən edilməlidir.
Nəşr eyni zamanda Azərbaycanın yəhudi icmalarının Knessetə müraciətini və qondarma “erməni soyqırımı”nı tanımamaq çağırışını da tirajlayıb.
“Məsələ ilə tanış olan mənbələrin məlumatına görə, xarici işlər naziri Gideon Saarın “erməni qoyqırımı”nın tanınması planlarını açıqlamasından sonra Azərbaycanın İsraildəki səfiri ölkəni tərk edib. Onun getmə səbəbi rəsmi olaraq açıqlanmayıb və məsləhətləşmələr üçün Bakıya geri çağırılıb-çağırılmadığı rəsmi olaraq təsdiqlənməyib”, - məqalədə vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 06 İyul 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















