Icma.az
close
up
RU
AzərbaycanABŞ əlaqələri strateji səviyyəyə qalxa bilərmi? Ekspert

AzərbaycanABŞ əlaqələri strateji səviyyəyə qalxa bilərmi? Ekspert

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Vaşinqton üçün Azərbaycanda prioritet olan enerji və qaz kəmərlərinin təhlükəsizliyi məsələsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Azərbaycan Prezidenti İlham Əliyevin "Trampın gəlişi ilə Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" dedikdə nələrin nəzərdə tutulduğunu şərh edərkən deyib.

"Ölkə rəhbəri belə bir fikir söyləyibsə, yəqin ki, onun informasiyası daha çoxdur və nəyin necə baş verə biləcəyini daha yaxşı bilir. Ehtimal yürütsək belə düşünmək olar ki, Amerikada respublikaçılar adminstrasiyası və Donald Tramp Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atar. Tramp bir neçə gün bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər söyləyib və onu özünə dost kimi təqdim edib. Türkiyə ilə Azərbaycan qardaş olmaqla yanaşı, yaxın müttəfiqdir", deyə Elçin Şıxlı bildirib.


Bu əsasda həmsöhbətimiz düşünür ki, ABŞ Türkiyə ilə münasibətləri yaxşılaşdıracaqsa, onun Azərbaycanla münasibətləri də normal olacaq: 

"Azərbaycanın tranzit ölkə kimi əlverişli mövqedə olması da nəzərə alınmalıdır. Bir məqamı da nəzərə almalıyıq ki, Tramp hələlik Rusiya ilə heç o qədər də yaxşı münasibət nümayiş etdirmir. Söz verib ki, Rusiya-Ukrayna müharibəsini danışıqlar yolu ilə və ya güc nümayişilə sona çatdıracaq".

Ekspertin fikrincə, Tramp yəqin ki, Azərbaycanı Cənubi Qafqazda tərəfdaş kimi görmək istəyər:

"İki ölkə arasında əlaqələrin strateji səviyyəyə qaldırılması dedikdə burada tranzit və enerji məsələləri əsas yer tuta bilər. 10-15 il bundan əvvəl Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavinilə söhbətdə o bildirdi ki, Vaşinqton üçün Azərbaycanda prioritet olan enerji və qaz kəmərlərinin təhlükəsizliyi məsələsidir. İndi də həmin vəziyyət bir o qədər dəyişməyib. Azərbaycana hələ ki, belə yanaşırlar. Münasibətlər Trampın dövründə dərinləşər və möhkəmlənərsə, yəqin ki, başqa məsələlərdə də daha çox yaxınlaşma mümkün olar". 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycan-ABŞ münasibətləri haqqında da maraqlı açıqlamalar verib. İlham Əliyev Donald Trampın birinci hakimiyyəti dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadığını xatırladıb: "Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik". 

Prezident deyib ki, Trampın yenidən gəlişilə Amerika-Azərbaycan strateji əlaqələrində yaxınlaşmaq da mümkün olacaq: "Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik".

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri