İsrail ordusu Dəməşqin ətraf bölgələrini atəşə tutub
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq Beynəlxalq Hava Limanına gedən yolda yerləşən Seyid Zeynəb bölgəsinin cənub-şərqinə hücumu zamanı hava limanına ziyan dəyməyib.
Xalqcebhesi.az xəbər verir ki, “Əl Vatan” qəzetinin verdiyi məlumata görə, bunu Suriya Mülki Aviasiya İdarəsinin baş direktoru Basem Mansur bildirib.
“Dəməşq hava limanı təcavüzkarın raket hücumlarına məruz qalmayıb, paytaxtın hava limanı zədələnməyib və normal şəkildə fəaliyyətini davam etdirir”, - deyə o bildirib.
Məlumata görə İsrailin hücumu yerli vaxtla saat 17:18-də Dəməşq yaxınlığındakı Colan təpələrindən baş verib.
Baxış sayı:71
Bu xəbər 04 Noyabr 2024 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















