İsrail ordusu: HƏMAS dini obyektlərdən hərbi məqsədlərlə istifadə edir
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail hərbçiləri Qəzza zolağında məscidin içində yerləşən HƏMAS qruplaşmasına məxsus silah anbarına zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbçilər Qəzzanın mərkəzində və şimalında HƏMAS-a məxsus bir neçə silah anbarını məhv ediblər. Anbarlardan birinin məhz məscidin daxilində yerləşdiyi aşkarlanıb.
Qeyd edilib ki, HƏMAS qruplaşması dinc əhalinin yaşadığı yerlərdən və dini binalardan öz hərbi məqsədləri üçün istifadə edir.
Anbardakı silahlar İsrail əsgərlərinə və mülki vətəndaşlara qarşı hücum üçün nəzərdə tutulmuşdu. Zərbədən əvvəl isə xəsarət almamaları üçün dinc əhaliyə qabaqcadan xəbərdarlıq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 29 İyul 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















