İsrail Ordusu: Hücumun məqsədi İranın nüvə proqramına ciddi zərər vurmaqdır
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Ordusu İran ərazisinə "dəqiq və qabaqlayıcı zərbə" endirib.
APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu bardə İsrail Müdafiə Qüvvələrinin rəsmi açıqlamasında bildirilir.
Açıqlamaya əsasən, hücumun məqsədi İranın nüvə proqramına ciddi zərər vurmaq və Tehranın İsrailə qarşı davam edən aqressiyasına cavab verməkdir.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarca təyyarə az öncə İranın müxtəlif bölgələrində yerləşən nüvə ilə bağlı obyektlər də daxil olmaqla, onlarla hərbi hədəfə zərbə endirib", – bəyanatda qeyd olunur.
Açıqlamada həmçinin vətəndaşlara Müdafiə Qüvvələrinin Arxa Cəbhə Komandanlığının təlimatlarına əməl etmələri, soyuqqanlı və məsuliyyətli davranmaları tövsiyə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 İyun 2025 05:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















