İsrail Baş Qərargahı: İranın nüvə proqramına ciddi zərbə vuruldu
Tribuna saytına istinadən Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahı İrana qarşı həyata keçirilən hərbi əməliyyatların əsas məqsədlərinə nail olunduğunu açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə İsrailin rəsmi mənbələri məlumat yayıb.
Açıqlamada bildirilir ki, İranın nüvə proqramı ciddi zərər görüb və “illərlə geri çəkilib”. İsrail tərəfi bu əməliyyatların ölkənin milli təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.
Qeyd olunur ki, hədəf alınan obyektlər İranın nüvə silahı hazırlamaq potensialına birbaşa təsir göstərib. Bununla belə, əməliyyatların konkret detalları, hədəflərin sayı və dəqiq yerləri açıqlanmayıb.
İsrail rəhbərliyi regionda sabitliyin qorunması üçün lazım gəldikdə əlavə tədbirlər görməyə hazır olduqlarını da bəyan edib.
Baxış sayı:60
Bu xəbər 25 İyun 2025 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















