Icma.az
close
up
RU
İsrail ordusu İranın İsrail səmasında nəzarəti ələ keçirmək iddialarını rədd edib

İsrail ordusu İranın İsrail səmasında nəzarəti ələ keçirmək iddialarını rədd edib

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri İranın İsrail hava məkanına nəzarəti ələ keçirməsi ilə bağlı iddialarını təkzib edib.

Bizimyol.info xəbər verir ki, bunu İsrail ordusunun mətbuat xidmətinin əməkdaşı Anna Ukolova deyib

“Bu gün İranın öz hava məkanında heç bir üstünlüyü yoxdur, bəs bizim İsraildə buna necə nail ola bilərlər? Son altı gündür ki, İsrail Hərbi Hava Qüvvələri İranın hava məkanında sərbəst hərəkət edir, İİKK (İslam İnqilabı Keşikçiləri Korpusu) mövqelərinə zərbələr endirib və sağ-salamat geri qayıdır”, - deyə orunun sözçüsü qeyd edib.

"Görünür ki, SEPAH komandanlığı üçün hava məkanına nəzarət anlayışı sırf subyektivdir və onlar faktları yoxlamaqdan çəkinmirlər. Hətta onların şəhərlərimizə atdığı raketlər və PUA-lar da bizim hava hücumundan müdafiə vasitələrimiz tərəfindən uğurla ələ keçirilir", - deyə Ukolova qeyd edib.

Mətbuat xidməti əməkdaşının sözlərinə görə, İran rejiminin xəyalpərəstliyi reallığa çevirmək meyli əməliyyat boyu müşahidə olunub. "Biz əvvəllər media ilə manipulyasiya etmək üçün oxşar cəhdlər görmüşük. Vətəndaşlarını rahatlıqla aldadan rejimin dünya ictimaiyyətini çaşdırmaq üçün saxta xəbərlər yayması o qədər də təəccüblü deyil. Təbii ki, sözlə "uğur qazanmaq" əməldən, daha asandır. Təbii ki, həqiqət üzə çıxana qədər", - deyə İsrail ordusunun nümayəndəsi bildirib.

İyunun 18-də İRNA agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyanatına istinadən xəbər verib ki, İran Hərbi Hava Qüvvələri İsrailə gecə hücumu zamanı İsrail səmasında nəzarəti təmin edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 İyun 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri