İsrail ordusu Livanda Hizbullahın onlarla hədəfinə zərbə ENDİRDİ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda və Bekaa vadisində Hizbullahın onlarla mövqeyinə hava zərbələri endirdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İMQ sözçüsü məlumat yayıb.
Açıqlamada bildirilib ki, əməliyyatlar radikal qruplaşmanın atəşkəsi dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib.
İsrail tərəfinin məlumatına görə, hücumlar zamanı ümumilikdə 80 hədəf vurulub, Hizbullahın bir sıra döyüşçüləri zərərsizləşdirilib.
Sözçü qeyd edib ki, son əməliyyatlar çərçivəsində Bekaa vadisində Hizbullah döyüşçülərinin fəaliyyət göstərdiyi iki komanda mərkəzinə də zərbə endirilib.
Bundan əlavə, Nəbatiyə bölgəsində və Livanın cənubundakı digər ərazilərdə komanda mərkəzləri, silah anbarları, raket buraxılış qurğuları və digər hərbi infrastruktur hədəfə alınıb.
İsrail ordusu əməliyyatların “təhlükəsizlik zonasının daxilində və xaricində” həyata keçirildiyini vurğulayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 İyun 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















