İsrail Ordusu Qəzzada İslami Cihadın raket komandirini məhv etdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail hərbçiləri Qəzza zolağında radikal Fələstin təşkilatı "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandirini məhv ediblər.
Oxu.Az bu barədə ordu mətbuat xidmətinin məlumatına əsasən xəbər verir.
Məlumata görə, məhv edilən Ənəs Məhəmməd Səədi Məsri İsrail mülki vətəndaşlarına və Müdafiə Qüvvələrinin hərbçilərinə qarşı çoxsaylı hücumlara rəhbərlik edib. İsrail ordusunun məlumatına görə, o, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin cənub rayonlarını atəşə tutan raketçilərə komandanlıq edib.
O, dekabr ayının əvvəlində kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələrinin dəqiq zərbəsi nəticəsində Qəzza zolağının şimalında məhv edilib. Ordu bildirib ki, zərbədən əvvəl yerli mülki əhaliyə ziyan vurulması riskinin minimuma endirilməsi üçün tədbirlər görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 31 Dekabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















