İsrail ordusu Suriyada İranın nəzarətində olan terror qrupunun üzvlərini saxladı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İsrail Müdafiə Ordusu (SAXAL) Suriyanın Üm əl-Luks və Ayn əl-Bəsl bölgələrində İran tərəfindən idarə olunan silahlı qruplaşmanın üzvlərini ələ keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Bildirilir ki, əməliyyat 210-cu diviziyanın tərkibində olan "Ha-Colan" briqadası və 504-cü kəşfiyyat bölməsinin istintaqçıları tərəfindən gecə saatlarında baş tutub.
"İran tərəfindən idarə olunan və terrorçu hesab edilən bir qrupun üzvləri uğurla saxlanılıb. Əməliyyat zamanı əl qumbaraları və bir neçə odlu silah da ələ keçirilib", - deyə SAXAL nümayəndəsi bildirib.

İsrail ordusu Suriyada irəliləyir
18 Dekabr 2024 21:52
Agentlər türk mafiyasının üzvlərini saxladı
28 May 2025 19:57
Suriyada yeni hökumətin üzvlərini pusquya saldılar Ölənlər var
26 Dekabr 2024 09:27
“İranın Suriyada prinsipləri dəyişməyəcək”
22 Yanvar 2025 14:37
ABŞ polisi erməni cinayətkar təşkilatının üzvlərini saxladı
21 May 2025 14:00

