İsrail Hizbullah üzvlərini BELƏ İZLƏYİR
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail ordusu Livandakı "Hizbullah" üzvlərini müəyyən etmək və zərərsizləşdirmək üçün genişmiqyaslı süni intellekt sistemindən istifadə edir.
"Ölkə.az" xəbər verir ki, bu sistem smartfonlardan, dronlardan, müşahidə kameralarından, Wi-Fi siqnallarından və sosial şəbəkələrdən toplanan məlumatları vahid mərkəzdə birləşdirir.
"Palantir" şirkətinin "Maven" kimi platformaları üzərində qurulan bu texnologiya, nəhəng məlumat axınlarını standartlaşdırır və əvvəllər həftələrlə vaxt aparan "təhlükə profillərini" saniyələr ərzində müəyyən edir.
"LA Times" qəzetinin dərc etdiyi məqalədə 62 yaşlı "Hizbullah" əlaqələndiricisi Əhməd Turmusun hekayəsi xüsusi diqqət çəkir.
Məlumata görə, İsrail kəşfiyyat zabiti ona zəng edərək: "Ətrafındakılarla birlikdə ölmək istəyirsən, yoxsa tək?" sualını verib. Turmus avtomobili ilə ərazidən uzaqlaşdıqdan cəmi 30 saniyə sonra raket zərbəsi ilə məhv edilib.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 10 May 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















