İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə bağlı Türkiyədə yayılan bəzi iddialara aydınlıq gətirilib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu iddiaların heç bir əsası yoxdur və məsələ kifayət qədər sadədir.
Məlumata görə, İsrail Prezidenti, onun köməkçisi və kiçik nümayəndə heyəti Bakı–Tel-Əviv–Bakı istiqamətində həyata keçirilən kommersiya reysi ilə Azərbaycana səfər edib. Onlar digər sərnişinlər kimi bilet alaraq təyyarə ilə uçublar.
Yəni İsrail Prezidentinin Azərbaycana səfəri üçün xüsusi təyyarə və ya qeyri-adi uçuş təşkil edilməyib. O, kommersiya reysi ilə sərnişin kimi Azərbaycana gəlib.
Türkidə isə hər dəfə Azərbaycanla bağlı bir bəhanə axtarıb, “təftiş” edənlər bunu da manipulyasiya mövzununa çeviriblər.
Halbuki kommersiya reysləri ilə səfər edən şəxslərlə bağlı eyni yanaşma tətbiq edilərsə, Türkiyə Hava Yolları, “Pegasus Airlines”, “AJet” və digər aviaşirkətlərin reyslərindən istifadə edən sərnişinlərin də araşdırılması zərurəti yaranar.
İsrail Prezidentinin kommersiya reysi ilə bilet alaraq Azərbaycana səfər etməsi adi sərnişin uçuşudur. Onun hansı reyslə və hansı qaydada Bakıya gəldiyi barədə əsassız çağırışların irəli sürülməsinin məntiqi əsası yoxdur.
Qeyd edək ki, Türkiyə ilə İsrail arasında müxtəlif sahələrdə mövcud əlaqələr nəzərə alınmaqla, İsrail Prezidentinin Azərbaycana kommersiya reysi ilə səfər etməsinin xüsusi müzakirə predmetinə çevrilməsi düzgün yanaşma deyil.
Qeyd edək ki, İsrail Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 16 Oktyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















