İsrail Qəzza zolağına aviazərbə endirib HƏMAS ın silah anbarı məhv edilib
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail Müdafiə Ordusu Qəzza zolağının mərkəzi hissəsində Fələstinin HƏMAS hərəkatına məxsus silah anbarını məhv etdiyini açıqlayıb.
Bu barədə İsrail hərbçilərinin bəyanatında bildirilib.
"SAXAL aviazərbə endirərək Qəzza zolağının mərkəzi hissəsində yerləşən silah anbarını tamamilə məhv edib. Bu obyekt HƏMAS-ın hərbi qanadı tərəfindən avtomatlar, buraxılış qurğuları və raketlər də daxil olmaqla, müxtəlif növ silahların saxlanılması üçün istifadə olunub", – məlumatda qeyd edilib.
İsrail ordusu HƏMAS-ın döyüş potensialını bərpa etmək və İsrail hərbçilərinə qarşı istifadə oluna biləcək silahlar əldə etmək cəhdlərinin qarşısını almaq üçün tədbirləri davam etdirəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 25 Oktyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















