İsrail Qəzzanın mərkəzində hərbi əməliyyata başlayıb
Icma.az, 525.az portalına istinadən məlumat verir.
İsrail Müdafiə Ordusu Qəzza zolağının mərkəzi hissəsində hərbi əməliyyata başlayıb.
525.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti hökumətin Fələstin ərazilərindəki fəaliyyətini əlaqələndirən mərkəzə istinadən xəbər verir.
Söhbət terror infrastrukturuna qarşı keçirilən əməliyyatdan gedir. Əməliyyat Fələstin qaçqınlarının Bureyc və Nuseyrat düşərgələri ərazisində həyata keçirilir.
Nəşrin məlumatına görə, İsrail ordusu hələlik bununla bağlı hər hansı rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə Sülh Şurası Qəzza zolağındakı vəziyyətin nizamlanması ilə bağlı plan təklif edib. İsrail hökuməti bu təklifi rədd edib.
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, HƏMAS hərəkatı silahı yerə qoymayana qədər ordu Qəzzadakı mövqelərini tərk etməyəcək.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 18 Noyabr 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















