İsrail Qəzzaya Humanitar Fonduna dəstək üçün 30 milyon dollar ayırmağa razılaşıb
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağ Ev administrasiyasının yüksək rütbəli rəsmiləri Konqresə İsrailin Qəzzaya Humanitar Fonda (GHF) dəstək üçün 30 milyon dollar ayırmağa razılaşdığını bildirib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoffun köməkçiləri iyulun 8-i və 9-da Senatın və Nümayəndələr Palatasının komitələrini məlumatlandırıblar.
Başqa mənbə Trampın anklava yardım üçün 60 milyon dollar ayrılması ilə bağlı bəyanatına istinadən qeyd edib ki, Amerika lideri çox güman ki, ABŞ və İsrailin vəsaitlərini birləşdirib. Eyni zamanda, Dövlət Departamentinin və yəhudi dövlətinin hakimiyyət orqanlarının bu xəbərlərə münasibət bildirmədiyi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 01 Avqust 2025 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















