İsrail Qolan Təpələrində məskunlaşanların sayını artırır
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Reuters"-in verdiyi xəbərə görə, İsrail hökuməti işğal altındakı Qolan təpələrində məskunlaşanların sayını artırmaq planını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ardından İsrail ordusu rejim ordusundan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayıb və Suriya ərazisi olan Qolan təpələrinin işğalını genişləndirib.
"Reuters"-in verdiyi xəbərə görə, İsrail hökuməti "müharibə və Suriyanın üzləşdiyi yeni cəbhə işığında" və Qolandakı İsrail əhalisini ikiqat artırmaq istəyi ilə hərəkət etdiyini bildirərək, işğal olunmuş Qolan təpələrində İsrail yaşayış məntəqələrinin genişləndirilməsi planını təsdiqləyib.
İsrailin baş naziri Benyamin Netanyahu verdiyi açıqlamada, "Qolan bölgəsinin gücləndirilməsi İsrail dövlətini gücləndirir və bu, hazırda xüsusilə vacibdir. Biz ondan möhkəm yapışmağa və yerləşməyə davam edəcəyik" - dedi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















