İsrail ordusu Qolan təpələrində hərbi təlimlərə başlayıb Ordu rəhbərliyi Suriya sərhədinə toplanıb
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail ordusu işğal altındakı Suriyanın Qolan təpələrində və İordaniya vadisinin şimalında təlimlərə başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, bu iki bölgədə keçirilən hərbi təlim ordunun hazırlığını və həyəcan siqnalını yüksəltmək məqsədi daşıyır.
Xəbərdə təlimin nə qədər sürəcəyi haqda informasiya verilməyib.
Onu da bildirək ki, İsrailin müdafiə naziri Yisrael Katz və Baş Qərargah rəisi Herzi Halevi dünən Suriya sərhədinə gəlib və buradan qonşçu öllə ərazisini seyr edib, uzun müddər söhbətləşiblər.
Ordudan verilən açıqlamada qeyd olunub ki, Suriyadakı proseslər çox yaxından izlənilir.
Tahir Şəlvəli
MİA.AZ
Baxış sayı:98
Bu xəbər 06 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















